Yarım ton ağırlığında adam - VİDEO
Bizi izləyin

Maraq dünyası

Yarım ton ağırlığında adam - VİDEO

Əməliyyata qədər ən az 385 kiloya düşmək üçün 3 ay pəhriz saxlamalıdır.

Son 6 ili yataq rejimində keçirən, yarım ton (595kq) ağırlığında olan 32 yaşlı Pedro Franko dünyanın ən ağır çəkili insanı hesab olunur.

Publika.az xəbər verir ki, Pedro mədəsində yaranan ağrılarla əlaqəli həkimə müraciət edib. Müayinədən sonra piylənmədən əziyyət çəkən Pedroya mədəkiçiltmə əməliyyatı tətbiq olunacağı deyilib.

Əməliyyata qədər ən az 385 kiloya düşmək üçün 3 ay pəhriz saxlamalıdır. Əməliyyatdan sonra Pedronun çəkisinin 50%-ə qədər azalacağı deyilib.

Meksikali Pedro 2014-cü ildə vəfat edən və dünyanın ən ağır çəkili insanı hesab olunan Manuel Uribe ile eyni çəkidədir.

Evindən xüsusi təcili yardım maşını və cihazlar vasitəsilə xəstəxanaya aparılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm