İnsanlar niyə Dubaya can atır? - Şeyxlərin turistləri cəlbetmə üsulları - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

İnsanlar niyə Dubaya can atır? - Şeyxlərin turistləri cəlbetmə üsulları - FOTOLAR

Şeyxlərin turistlərçün bunu edir

Hələ 30-40 il bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əksər əraziləri nadir bədəvi çadırlarının yerləşdiyi nəhəng, sivilizasiyadan uzaq səhralardan ibarət idi. Burada neft tapılandan sonra Yaxın Şərqin bu gözdəniraq bucağı artıq başqa bir aləmə çevrildi.

Pulun qadir olmadığı heç nə yoxdur. Bir vaxtlar bir içim su tapılmayan bu səhralıqda indi tennis, qolf kortları salınır, ucsuz-bucaqsız bağ-bağat göz oxşayır, çadırların yerində isə başı buludlardan nəm çəkən göydələnlər ucalır. Müasir texnologiya vasitəsilə süni adalar təsis olunaraq, qiyməti milyonlarla ölçülən imarətlər, tikililər cərgələnir. Bu baxımdan yerli şeyxlərin də haqqını yeməmək lazımdır. Çünki məhz onların düzgün idarəçiliyi sayəsində pullar lazımi yerlərə xərcləndi – səhralıqda müasir meqapolis yaradıldı. Təbii ki, pul hərisi olan şeyxlər bunu xalq üçün deyil, yenə də özləri üçün etdilər. Çünki azad iqtisadi zona idarəçiliyi ilə “yeni dünya” əlbətti ki, köhnə dünyanın zənginlərinin diqqətini çəkəcək və nəhayətində pul yenidən şeyxlərin cibinə qayıdacaqdı.

Publika.az BƏƏ-nin niyə turistlərin diqqətini cəlb etdiyinin səbələrini qısaca araşdırıb.

BƏƏ-nin təkcə neft tapılan əraziləri deyil, bütün əmirlikləri eyni səviyyədə inkişaf etdirildiyindən bu ölkə artıq dünyanın öndə gedən dövlətləri ilə yarışmağa başladı. İqamətgahı iqtisadi və siyasi idarəçilik mərkəzi olan Əbu-Dabidə yerləşən şeyx Zayed öz ölkəsini Yaxın Şərqin mirvarisinə çevirmək üçün səylərini maksimum yönəldib. Çünki tükənən sərvət olan “qara qızıl” bir gün qaynar günəşin altında “buxarlanan”da ölkə yenidən nəhəng səhralığa çevrilə bilər. Odur ki, burada əcnəbilərin diqqətini çəkəcək, onları uzunmüddətli əldə tutacaq çox əlverişli şərait yaradılıb. Təsadüfi deyil ki, dünyanın ən nadir tikililəri bu ölkədə yerləşir, bu da milyonlarla gözün baxışını, marağını cəlb etmək üçündür. Məsələn burada dünyada ilk Park Ferrari mövcuddur – 500 dollara əsl Formula1şossesi ilə dünyanın ən zərif və sürətli avtomobilini sürmək, yox, yox uçurmaq mümkündür. Yaxud ən böyük akvapark da Əbu-Dabidə yerləşir. “Emireyts Palas”da 15 dollara qızılla bəzədilmiş kapuçino içmək, sutkası bir milyon dollara əsil şahsayağı nömrədə qalmaq olar. Bir gecəlik padişahlıq da bəzi insanlar üçün bir ömrə dəyər.

BƏƏ-nin Dubay əmirliyi isə təkcə gözəlliyi ilə deyil, həm də müxtəlif imkanları ilə turistlərin, iş adamlarının diqqətini çəkir. Bu “səhradakı Manhetten” çoxlarının arzusudur. Nəhəng göydələnlər, cürbəcür lüks otellər, səliqəli yollar, avropasayağı dəqiqlik, şərqsayağı xidmət, şüşə kimi yollarda qızıla bürünmüş avtomobillər turistləri sanki nağıllar aləminə aparır. Dubay - ən çox premium klass hotelləri olan ərazidir. Bu hotellərin əksəriyyəti sahil zolağında yerləşir. Həmin hotellərdə nəinki cah-cəlal, həmçinin heç yerdə olmayan fəqliliklər görmək mümkündür. Məsələn, “Atlantis” hotelindəki nəhəng akvarium kimi. Üstəlik 2016-cı ildən bəri hotel qiymətlərinin daha aşağı olması təkcə zəngin turistləri deyil, sıravi insanları da özünə çəkir. “Jumeriah Beach” beşulduzlu hoteldə 2013-cü ildə sutkası 600 dollara qalmaq olurdusa, indi 100 dollara bu hotelin həzzini çıxarmaq olar.

Dubay daha çox avropalıların gəlişinə hesablandığı üçün burada onların mədəniyyətini də görmək mümkündür, xüsusən də muzey və opera məkanlarını misal göstərmək olar. Həmçinin hər il keçirilən festivallar (şopinq festivalı, “yay sürprizləri” və s.) da insanlaqın marağını çəkir.

Bundan başqa BƏƏ-nin digər əmiliklərindən fərqli olaraq Dubayda dini azadlıq da turistlər üçün önəmlidir. Deyək ki, Əbu-Dabidə islam qaydalarına əməl şərtdirsə, Dubayda bu, vacib deyil. Burada avropalı qadın rahat şəkildə şort və ya digər açıq paltarla gəzə bilər. Sadalanan səbəblərdəndir ki, 2016-cı ildə Dubay rekord həddə turist qəbul etmişdi – 14,9 milyon adam. 2020-ci ildə bu rəqəmin 20 milyona çatacağı ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm