Qadın ilk dəfə görüşdüyü kişinin həyatını xilas etdi
Bizi izləyin

Maraq dünyası

Qadın ilk dəfə görüşdüyü kişinin həyatını xilas etdi

Qadın kişiyə süni nəfəs verməyə və ürəyini masaj etməyə başlayıb.

ABŞ-ın Missuri ştatının Coplin şəhərindən olan Ceyni Hall ilk görüşdə internetdə tanış olduğu kişinin həyatını xilas edib.

Publika.az xəbər verir ki, bu haqda “People” nəşri bildirib.

45 yaşlı Ceyni Hall kişi ilə görüşmək üçün Kanzas-Sitiyə gəlib. Restoranda nahar edən yeni tanışlar dostları və ailələri haqqında danışmağa başlayıb. Kişi qəflətən üç dəfə öskürüb və barmağını qaldıraraq şüursuz vəziyyətdə döşəməyə yıxılıb.

Qadın ofisiantın köməyi ilə kişini çevirib. Onun gözləri bərəlmiş, nəbzi vurmur, ağzından qan gəlirdi. Keçmişdə həkim işləyən Hall nə etməli olduğunu bilirdi. Qadın kişiyə süni nəfəs verməyə və ürəyini masaj etməyə başlayıb. Təcili tibbi yardım gələndə isə kişinin ürək döyüntüsü artıq bərpa edilmişdi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm