Bura gələn insanlar qarın üzərində çılpaq gəzirlər - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Bura gələn insanlar qarın üzərində çılpaq gəzirlər - FOTOLAR

Şerengeş qəsəbəsindəki insanlar çılpaq formada qarın və buzun üzərində hərəkət edirlər.

Rusiyanın Qərbi Sibir vilayətində yerləşən Şerengeş istirahət zonasında hər il ənənəvi təşkil olunan qış oyunları keçirilir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, oyunlar keçirilən ərazidə adrenalin yaşamaq istəyən yüzlərlə turist və idmançılar bir araya gəlib.

Qəsəbəyə gələn insanlar arasında gənc qızların qar üzərində çılpaq şəkildə xizək sürməsi diqqətdən yayınmayıb. Hazırda bu bölgədə havanın temperaturu -18-20 dərəcə təşkil etsə də, Şerengeş qəsəbəsindəki insanlar çılpaq formada qarın və buzun üzərində hərəkət edirlər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm