Antarktidadakı donmayan “Qanlı şəlalə”nin SİRRİ
Bizi izləyin

Maraq dünyası

Antarktidadakı donmayan “Qanlı şəlalə”nin SİRRİ

Antarktida materikində illərdir alimləri maraqlandıran “Qanlı şəlalə”nin sirri tapılıb.

Publika.az xəbər verir ki, qan rəngində qırmızı su şəklində axan şəlalənin yaşı milyon ildən artıqdır.

Qeyd edək ki, qan kimi qırmızı şəlalə Teylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Dəmirlə zəngin olan duzlu su kiçik çatdan çıxır. Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür. Bu göl dağ arası dərələrin dəniz suyu ilə dolması nəticəsində əmələ gəlir.

Daha bir maraqlı fakt da odur ki, ətraf buzlaqlar olduğu halda bu şəlalə heç vaxt donmur. Bunun səbəbi isə göl suyunun duzluluğunun okean suyunun duzluğundan 10 dəfə artıq olmasıdır.

Qırmızı su mənbəyi 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilib. İlk əvvəllər suyun qırmızı olması qırmızı yosunla əlaqəli olduğu düşünülsə də sonradan paslanmış dəmir olması müəyyən edilmişdi. Göldən axan su qrunt tərkibində olan dəmirin oksidləşməsi nəticəsində əmələ gəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm