Həyatından bezənlər üçün YENİ İMKAN
Bizi izləyin

Maraq dünyası

Həyatından bezənlər üçün YENİ İMKAN

Ora üz tutacaqlar.

Bəşəriyyət indiyədək yalnız nağıllarda, rəvayətlərdə deyilən və ağlasığmaz hesab edilən bir yeniliklə üz-üzədir. Yaxın gələcəkdə, insanlar həyat olan planetlərə yaşamağa gedə biləcəklər. Öz şəhərindən, ölkəsindən, lap elə dünyasından bezənlər həyatına sıfırdan başlamaq romantikasıyla başqa planetlərə üz tutacaqlar.

Publika.az xəbər verir ki, bu barədə NASA-nın Elmi İşlər üzrə rəhbərinin köməkçisi Tomas Zurbuçen məlumat verib. Onun sözlərinə görə, artıq bu ildən etibarən Marsda yaşamaq istəyənlərin arzusu gerçəkləşəcək. Bu, Yerdənkənar yaşantı istiqamətində ilk addımdır. Ancaq Marsda həyat yoxdur, orada hər hansı məxluqlar yaşamır. Marsı bundan sonrakı insanlar məskənləşdirəcəklər. Lakin növbəti addım olaraq, məhz başqa məxluqların yaşadığı planetlər seçilib. Artıq həyat mövcud olan iki planet aşkarlanıb: biri cırtdan planet Trappist-1 (Yer planetindən 40 işıq ili aralıqdadır), digəri isə Saturn planetinin peyki Enseladdır. Ölçüsünə görə Saturnun 6-cı peykidir. 1789-cu ildə kəşf edilib. 2005-ci ildə isə peykdə bol su mənbəyi və azot tapılmışdı.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm