Ötən əsrin QORXUNC TİBB ÜSULLARI - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Ötən əsrin QORXUNC TİBB ÜSULLARI - FOTOLAR

Çoxları həkimə getməyə qorxur. Kimisi psixoloji olaraq hansısa xəstəliyinin çıxmasından, kimisi iynədən, qorxur, kimisi də digər səbəblərə görə bu fikrindən daşınır. Halbuki müasir texnologiya ağrısız üsulla həkimin də xəstənin də işini asanlaşdırır. Bəs bütün bunlara rəğmən modern insan həkimlərdən və xəstəxanadan niyə qorxur? Ola bilsin ki, insanın şüurunun altında əvvəlki dövrlərin qorxunc tibb üsulları qalıb.

Publika.az bizdən öncəki dövrlərdə yaşayan xəstələrin əziyyətini təsvirlərlə təqdim edir:

Vaxtilə əyri, aralı dişləri belə normala salırdılar. Əgər buna normal demək mümkünsə.

Sizcə, bu erotik filmdən olan görüntüdür? Əsla yox, XX əsrin əvvəllərində onurğa sütunu xəstəliyini belə düzəldirmişlər.

Yenə də əsrin əvvəllərinə aid əlil arabası.

Bu isə fizioterapiya üsuludur.

Ötən əsrin doğuş stulu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm