Kraliçalar krallardan daha çox müharibə ediblər
Bizi izləyin

Maraq dünyası

Kraliçalar krallardan daha çox müharibə ediblər

Son 500 ildə kraliçalar krallardan daha çox müharibə ediblər.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, ABŞ alimləri belə bir qənaətə gəliblər.

Onlar 1480-1913-cü illər arasında Avropa ölkələri tarixində araşdırma apararaq bu nəticəyə gəliblər ki, kraliçalar krallarla müqayisədə 27% daha çox müharibə etməyə meyilli olublar. Məsələn, İspaniya kraliçası I İzabella az qala bir əsr öz dominant statusunu saxlaya bilib. Onun uzun sürən hakimiyyəti dövründə İspaniya müharibələr sayəsində möhkəmlənib.

Rus imperatriçəsi II Yekaterina da ölkəsinin hüdudlarını müharibələr vasitəsilə genişləndirib.

Qeyd edək ki, indiyədək belə düşünülürdü ki, qadın hakimiyyətində müharibələr az olur, ölkə dinc şəraitdə yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm