Arı sancmasından hər il 59 nəfər ölür - STATİSTİKA
Bizi izləyin

Maraq dünyası

Arı sancmasından hər il 59 nəfər ölür - STATİSTİKA

Hər il zəhərli hörümçək və ilanlardan çox insan ölümünə arıların səbəb olduğunu bilirdinizmi?

Mövsümlə əlaqədar həşəratların sayı artır. İlk baxışda məsum görünən həşəratlar əslində ağlınıza gəlməyəcək dərəcədə təhlükəli ola bilirlər. Hər il zəhərli hörümçək və ilanlardan çox insan ölümünə arıların səbəb olduğunu bilirdinizmi?

Statistikaya görə, arılar yer üzündə insan ölümünə səbəb ola biləcək vəhşi heyvanlardan belə daha təhlükəlidir. Arı sancmasından yüzlərlə insan dünyasını dəyişib. 2000-2013-cü illərdə Avstraliyada aparılan araşdırmaların nəticəsinə görə, ölkədə 42.000-dən çox insan həşərat sancmasından xəstəxanaya yerləşdirilib. Böyük əksəriyyətini arı sancması təşkil edən siyahının 30%-i hörümçək, 15%-i isə ilan sancması səbəbindəndir.

Publika.az xəbər verir ki, Avstraliyanın Melburn Universitetinin tədqiqatçılarından olan Ronelle Veltonun sözlərinə görə həşəratların sancması nəticəsində insan ölümlərinin səbəbi orqanizmin zəhərə göstərdiyi allergik reaksiya ilə reallaşan anaflaktik şokdur. O, bu tip hadisələr nəticəsində həyatını itirən insanların əsasən tibbi müəssisələrindən xeyli uzaqda olması ilə əlaqələndirib.

İnsanlar arı sancmasını ciddiyə almır. Onlar bənzəri hallarda həkimə müraciət etmək yerinə evdə köhnə təbabət üsullarından istifadə etməyə üstünlük verirlər. Əsasən dişi arıların sancması zamanı dəriyə xüsusi zəhərli, allergik maddə daxil olur. Bu maddə bəzi orqanizmlərdə həmin dəqiqə özünü büruzə verir (şişmə, qızarma kimi simptomlarla), bəzi orqanizmlərdə isə həmin an heç bir halda hiss olunmasa da, zamanla orqanizmə yayılaraq insanı zəhərləyir.

Dünya statistikasında hər il arı sancmasından 59 nəfərdən çox insan ölür.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm