Dünyanın ən soyuq kəndi: -71 dərəcə - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən soyuq kəndi: -71 dərəcə - - FOTOLAR

Yeni Zelandiyalı fotoqraf Amos Chapple dünyanın ən soyuq bölgəsinin şəkillərini çəkmək qərarına gəlib.

Rusiyanın şimal qütb ərazilərindən 350 kilometr cənubunda yerləşən Oymyakon kəndi dünyada yaşayış olan ən soyuq ərazi hesab olunur.

1926-ci ildə şimal yarımkürəsində ən aşağı temperatur -71,2 dərəcə məhz bu kənddə qeydə alınıb.

Publika.az xəbər verir ki, kənddə heç bir tərəvəz, bitki məhsulları yoxdur. Marketlərdə yalnız balıq və ət məhsulları tapmaq olar. Temperaturun -48 dərəcəyə çatdığı kənddə donmuş balıqlar sıra ilə yan-yana düzülür. Günəş şüalarının çox çətinliklə qalın dumanla örtülmüş bulud təbəqəsini dələrək düşdüyü kənddə 500 nəfərə qədər əhali yaşayır.

Regionda avtomobillər yalnız qarajlarda işləyir. Qarajdan kənara çıxan vasitələr isə dayanmadan yollarına davam etmək məcburiyyətindədirlər. Çünki dayanan kimi donurlar. Onları yenidən işlək vəziyyətə qaytarmaq isə çox çətin məsələdir.

Rusiyanın şimal qütbünə ən yaxın kənd olan Oymyakon iqlimindən fərqli olaraq "Donmayan Su" mənasını verir. Deyilənə görə, 1930-cu illərə qədər maral sürüləri su ehtiyaclarını qarşılamaq üçün məhz bu kəndə enirlərmiş.

Ancaq Sovet hökuməti, ölkənin şimal-şərqində dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşən bu bölgədə insan yaşayışının olmasına qərar verir. Kənddə az çeşiddə məhsul satan yeganə mağaza fəaliyyət göstərir ki, kənd əhalisi yalnız buradan bazarlıq edir.

Bütün bunlara baxmayaraq, əhali səhiyyə problemləri ilə üzləşmir. Tədqiqatçıların sözlərinə görə, kəndlilərin heç bir sağlamlıq problemi ilə üzləşməməsinin səbəbi içdikləri maral südünün tərkibindəki faydalı maddələrlə əlaqəlidir.

Bu kənddə uşaqlar da artıq soyuq hava şəraitinə vərdiş ediblər. Havanın temperaturu -52 dərəcədən aşağı enəndə məktəblər bağlanır.

Oymyakon kənd əhalisinin ən sevdiyi məşğuliyyəti isə buz tutmuş göldə balıq ovlamaqdır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm