Planet 100 ilə məhv olacaq - DÖRD SƏBƏB
Bizi izləyin

Maraq dünyası

Planet 100 ilə məhv olacaq - DÖRD SƏBƏB

"Çamadanları yığmağa başlamaq hələ tezdir”

Məşhur Böyük Britaniya astrofiziki Stiven Xokinq Yer kürəsində 100 il sonra qlobal faciənin olacağını proqnozlaşdırır. Astrofizik BBC-yə müsahibəsində deyib ki, bəşəriyyət başqa planetlərə köçməyə məcbur olacaq.

Publika.az xəbər verir ki, Almaniyanın “Die Welt” nəşri başqa alimlərin onunla razı olmadığını yazıb.

Xokinqin fikrincə, 4 səbəb qlobal faciənin gətirə bilər: qlobal iqlim dəyişikliyi, pandemiya (yoluxucu xəstəliyin, məsələn, vəba, taun və qripin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkələri əhatə etməsinə deyilir –red.), böyük asteroid zərbəsi və Yer kürəsinin əhalisinin sürətli artımı. Nəticə olaraq, planetin bəşəriyyət üçün yararsız olacağı güman edilir.

Bununla belə, fizik və astronavt, Münhen Texniki Universitetində aerokosmik texnologiyaları üzrə dərs deyən professor Ulrix Valter Xokinqin bəyantını elmi cəhətdən əsassız hesab edir.

“Xokinqin planetin əhalisinin 100 il ərzində başqa planetlərə köçməyə məcbur olacağı barədə dedikləri fərziyyələrə əsaslanır”, - alman alimi əmindir.

Xüsusi halda, o qeyd edib ki, hətta əgər ən yaxın 100 ildə qlobal istiləşmə ilə vəziyyət ən pessimist proqnoz üzrə gedərsə, temperatur 1,5 dərəcə yüksələcək.

“Tempuratur ilıq olacaq, amma bu, tamamilə bəşəriyyətin məhv olacağı demək deyil”, - alim qeyd edib.

O həmçinin bildirib ki, təbii fəlakətlər qlobal faciəyə çevrilə bilməyəcək. Alim təbii fəlakətlərin həmişə lokal xarakter daşıdığını bildirib. Valter həmçinin asteroidlə toqquşmaya da inanmır:

“Bəşəriyyəti məhv edəcək böyük asteroidlər hər yüz milyon ildən bir Yer kürəsi ilə toqquşur. Beləliklə, asteroidin ən yaxın 100 ildə planetimizlə toqquşması ehtimalı ən aşağıdır”.

Alim Xokinqin pandemiyalar haqqında xəbərdarlığını da kasıb hesab edir. Tibbdə və biomühəndislikdə böyük irəliləyişin müşahidə olunduğunu vurğulayan Valter hesab edir ki, bu gün bir neçə onillik əvvələ nisbətən yoluxucu xəstəliklərin qarşısını almaq daha asandır.

Ulrix həmçinin ən yaxın 100 ildə yaradılacaq texnologiyaların ən yaxın planetlərə kütləvi köçə imkan verəcəyinə inanmır.

“Başqa planetlərə yerləşmə istisna edilmir. Amma bunun üçün növbəti 100 ildə nə imkan, nə də ehtiyac var. Çamadanları yığmağa başlamaq hələ tezdir”, - alman alimi yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm