Dünyadakı ən qısa uçuşlar - CƏMİ 2 DƏQİQƏ... - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Dünyadakı ən qısa uçuşlar - CƏMİ 2 DƏQİQƏ... - - FOTOLAR

Biz öyrəşmişik ki, təyyarə ilə səyahət zamanı uçuşun ilk 30 dəqiqəsindən sonra sərnişinlərə müxtəlif içkilər və qidalar paylanır. Daha bir 30 dəqiqədən sonra isə təyyarə enişə hazırlanır. Ancaq bəzən elə məsafələrə uçuşlar təşkil olunur ki, orada bu prosedurlara sadəcə zaman qalmır.

Publika.az sizə dünyada gerçəkləşən 5 ən qısa uçuşun siyahısını təqdim edir:

1. Təyinat nöqtələri: Minamidaytodan Kitadaytoya (Yaponiya)

Sərnişinlərin sayı: 39

Həftə ərzindəki reyslərin sayı: 4

İki yapon adasının arasındakı uçuş məsafəsi cəmi 15 dəqiqə təşkil edir. Bu uçuşlar kiçik təyyarələrlə gerçəkləşdirilir.

2. Təyinat nöqtələri: Kiçik Kayman, Kayman Brak (Kayman adaları)

Məsafə: 21 kilometr

Uçuşun gediş-gəliş dəyəri: 54 dollar

Kayman adaları arasındakı uçuşun məsafəsi 10 dəqiqə çəkir.

3. Təyinat nöqtələri: Sankt-Qallen (İsveçrə), Fridrixsxafen (Almaniya)

Məsafə: 21 kilometr

Gün ərzində reyslərin sayı: 2

Sərnişinlərin sayı: 50

Uçuşun gediş-gəliş dəyəri: 45 dollar

8 dəqiqə davam edən bu uçuş ən qısa beynəlxalq uçuş hesab edilir. Təyyarələr nisbətən kiçik olduğu üçün, reyslər tez-tez gerçəkləşdirilir.

4. Təyinat nöqtələri: İnişman, Konnemara (İrlandiya)

Məsafə: 16 kilometr

Gün ərzində reyslərin sayı: 3

Uçuşun gediş-gəliş dəyəri: 54 dollar

İrlandiyada ölkə daxilində keçirilən bu uçuş cəmi 6 dəqiqə çəkir.

5. Təyinat nöqtəsi: Uestrey, Ata Uestrey (Böyük Britaniya)

Məsafə: 1,6 kilometr

Sərnişinlərin sayı: 8

Həftə ərzində reyslərin sayı: 6

Uçuşun gediş-gəliş dəyəri: 30 dollar

Böyük Britaniyanın ərazisində gerçəkləşən bu uşuş cəmi 2 dəqiqə çəkir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm