Heç vaxt görmədiyiniz ən nadir 18 ekzotik meyvə - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Heç vaxt görmədiyiniz ən nadir 18 ekzotik meyvə - - FOTOLAR

Adını belə eşitmədiyiniz ən nadir 18 ekzotik meyvələrin siyahısını təqdim edirik:

Banan, portağal, kivi, ananas, qreyfurt və s. kimi meyvələr artıq heç kəsi təəccübləndirmir. Demək olar ki, hər kəsin süfrəsində bu meyvələrə rast gəlinir. Amma dünyada dadını bilmədiyiniz, bəlkə heç adını belə eşitmədiyiniz meyvələr var. Ola bilər ki, bir neçə il sonra bu meyvələr də süfrələrinizi bəzəyəcək.

Publika.az sizə adını belə eşitmədiyiniz ən nadir 18 ekzotik meyvələrin siyahısını təqdim edir:

1. Durian - Durian adlı ekzotik meyvə Bruney, İndoneziya və Malaziya kimi ölkələrdə çox sevilir. Ancaq meyvəni avtobus, metro, otel və aeroportlarda yemək tamamilə qadağan edilib. Buna səbəb kimi meyvənin kəskin qoxusu göstərilir. Dəhşətli qoxusu olsa da, meyvənin qeyri-adi dadı var. Kəskin qoxusu quru soğan, sarımsaq, çürük balığın və kanalizasiyanın üfunətli qoxusu ilə müqayisə edilir. Dadı isə manqo, ananas, dondurma və çiyələyin qarışıq tamını xatırladır. Bu meyvəni alkoqollu içkilərlə qarışdırmaq qətiyyən olmaz. Qan təzyiqinin qalxmasına səbəb ola bilər.

2. Qənd alması - Meyvənin vətəni Amerikadır. Bu ekzotik meyvə Hindistan, Pakistan və Filippində də yetişdirilir. Diametri 10 santimetr olur. Dadı isə bişirilmə kremin tamını xatırladır. Meyvənin adı belə onun xüsusiliyini vurğulayır. Dondurmanı xatırladan dadı ilə əksər hallarda onu içki stəkanlarını bzəmək üçün istifadə edirlər. Qənd alması ananasın, manqonun, papayanın, şaftalının və çiyələyin də dadını xatırladır. Meyvəni təbabətdə də istifadə edirlər. Yüksək temperaturu salır, dizenteriyanı müalicə edir.

3. Djekfrut - Ağacda yetişən meyvələr içərisində ən ağır çəkili meyvə hesab olunur. Djekfrut meyvələrinin çəkisi 35 kiloqrama, uzunluğu isə 90 santimetrə çatır. Tərkibi A, B6 vitaminləri və kalsium ilə zəngindir. Qoxusuna, dadına və formasına görə banan, ananas və manqonun qarışığını xatırladır. Bu meyvə qızardıldıqda şokalad dadır.

4. Jabotikaba - Əsasən Braziliyada yetişir. Görünüşünə görə üzümü xatırladır. Bu meyvələrdən jele, marmelad, şərab və müxtəlif likorlar hazırlanır. Braziliyada bu meyvələrin qurudulmuş nazik dərisindən ishalın, dizenteriyanın müalicəsində istifadə olunur.

5. Gözəl giləmeyvələr - Bu gilemeyvələrin sehrli xüsusiyyətləri var. Giləmeyvənin dadı o qədər şirindir ki, onun bir dənəsini ağzınıza atsanız, gün ərzində yediyiniz bütün qidaların dadı sizə şirin gələcək. Hətta limonun və acı bibərin belə.

6. Qırmızı banan - Moruğun, bəzən də manqonun dadını xatırladır. Tərkibi kalium, vitamin C ilə zəngin şirin meyvələrdən olan qırmızı banan sarı banandan sadəcə rənginə görə fərqlənir.

7. Kivano yemişi - Bu meyvəni bəzən Afrika yemişi də adlandırırlar. Buynuzlu yemiş və ya buynuzlu xiyar kimi tanınan meyvənin içi xiyara bənzəyir. Onun kimi yaşıl və tumlu olur. Dadı isə kivi və bananın qarışığını xatırladır.

8. Tamarillo - Bu meyvə özünə ən yaxın quruluşa malik pomidorun, badımcanın və Çili istiotunun qohumudur. Tamarillonun tuşməzə dadı var. Universal meyvə yerinə görə qarnir və hətta çərəz kimi də istifadə olunur.

9. Buddanın əli - Meyvənin əsas dəyəri onun qabığındadır. Qabığının ətri çiçəklərdən bənövşəyə xas qoxunu xatırladır. Dadına görə əsasən limonu xatırladır. Meyvənin "barmaqları" xüsusli balıq yeməklərində və salatlarda istifadə olunur.

10. İlan meyvəsi - Quruluşuna görə ilanı xatırladan bu meyvə qabığının üzərində olan xüsusi işləmələri ilə diqqət çəkir. Qıvrılmış ilanı xatırladan meyvənin kifayət qədər spesifik ətri var. Dadında yüngül qoz tamı, ananas və bananın qarışıq dadı hiss olunur. Meyvəni təmizləyərkən ehtiyyatlı olmaq lazımdır ki, tikanları ələ batmasın.

11. Qara sapote - İstənilən meyvə üçün qara rəng xarab olduğuna dəlalət etsə də, bu meyvə istisnadır. Meyvənin yetişməsini içinin rənginin qaralmasından bilirlər. Dadına və görünüşünə görə şokaladı xatırladır.

11. Nahamar Melotriya - İlk baxışda balaca lobyanı xatırladır. Üzərindəki rənglərlə qarpızı, içərisinə baxdıqda isə xiyarı xatırladır. Baxmayaraq ki, bu meyvədir dadında heç bir şirinlik yoxdur. Çox az miqdarda limon dadır.

12. Biriaba - Limon piroqunun dadını verən meyvə sarı rəngdə olur. Üzəri tikanlı formaya malik meyvə ilk baxışda ananası xatırladır. Yetişməsini nisbətən qaralması ilə müşahidə edirlər.

13. Sapodilla - Filippin adalarında yetişir. Dadının və görünüşünün qeyri-adi uyğunluğu var. Meyvənin təhlükəli xüsusiyyəti var. Onun tumlarını qəti şəkildə udmaq olmaz. Tumların üzərində xüsusi formalı qarmaqlar var ki, onlar boğaza ilişdikdə boğulma verə bilər.

14. Çörək ağacı - Bu meyvə bir neçə cür yeyilir. Meyvəni həm çiy, həm də yetişmiş halda yemək olur. Yetişdikdə şirin yemiş və qaymaq dadı verən meyvə, çiy halda yeyildikdə isə bişmiş çörəyin dadını verir.

15. Barmaq əhəngi - Meyvənin xarici görünüşü balıq kürüsünü xatırladır. Buna görə bəzən onu əhəng kürüsü də adlandırırlar. Meyvənin daxilində kiçik soğanaqlar şirəni özündə saxlayır. Kiçik kürü dənələri ağızda çeynənmə zamanı partlayır və sitrus meyvələrinin qarışıq tamını verir.

16. Kupuasu - Bu meyvənin yaxın qohumu kakosdur. Ənənəvi meyvə yerinə görə bəzən dəyişik salınır. Mürəkkəb dada və qeyri-adi qum qoxusuna malik meyvə nadir ekzotik meyvələrdən biridir.

17. Lonqan - Onu tez-tez "liçi" adlandırırlar. Şirəli meyvənin ətri də çox şirindir. Tərkibində vitamin C, kalsium, fosfor və dəmir elementleri olan meyvə təbabətdə də istifadə edilir.

18. Şokolad lianası (akebiya) - Akebii meyvələri çərəz kimi istifadə olunur. İçini yeyib qabığını isə ətlə qızardırlar. Olduqca xoşagələn ətri var. Meyvə yeyildikdə ağızda incə bir şokalad tamı hiss olunur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm