Maraq dünyası
Sərxoş kişi ilanı qadın sanıb öpdü və OLANLAR OLDU
ABŞ-ın Florida ştatının sakini ilanı öpmək istəyib və nəticədə ilanın hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə onun dostu jurnalistlərə məlumat verib. Qeyd edib ki, dostu sərxoş imiş. Zınqırovlu, nəhəng ilanı görüb və ona yaxınlaşaraq, qızdan gözəl olduğunu deyib və öpüb. Amma elə qız kimi də inadcıl olan ilan onu öpən kişini cavabsız qoymayıb. Dərhal kişinin dilindən çalıb.
Kişini helikopterlə xəstəxanaya çatdırıblar. Hazırda vəziyyəti ağırdır.
Qeyd edək ki, zınqırovlu ilan ən təhlükəli ilanlardandır. Onu zəhərindən nadir halda sağ qalan adam tapılar. Vətəni Florida olduğundan burada bu ilana sıx rast gəlmək olar. Dərisinin gözəlliyinə görə çoxları bu ilanı həyətlərindəki kiçik heyvanat bağçasında saxlayırlar. Amma qanunla qadağandır. ABŞ-da cinayətkar dəstə üzvləri çox vaxt özlərinə “Rattlesnake”, yəni “zınqırovlu ilan” ləqəbi götürürlər.
Şəfiqə ŞƏFA
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO