İnsanlar 100 il sonra məhv olmasalar, su altında yaşayacaqlar - PROQNOZ
Bizi izləyin

Maraq dünyası

İnsanlar 100 il sonra məhv olmasalar, su altında yaşayacaqlar - PROQNOZ

İl ərzində 3-4 millimetrə qədər əriyən buzlaqların suyu sürətlə okeanlara tökülür.

Yaxın və uzaq gələcəkdə Yer kürəsində həyat qlobal kataklizmlərlə rastlaşacaq. Yer kürəsində baş verəcək iqlim dəyişikliyi və ya başqa qəzalar növbəti milyon il ərzində insan sivilizasiyasının tamamilə məhv olmasına gətirib çıxara bilər.

Tədqiqatçıların uzun müddətli araşdırmalardan sonra gəldiyi qənaətə görə, il ərzində 3-4 millimetrə qədər əriyən buzlaqların suyu sürətlə okeanlara tökülür. Alimlər hesab edirlər ki, bu sürət dəyişməz olaraq qalarsa, yaxın onilliklərdə buz örtükləri yox olmağa başlayacaq. Bununla da, okeanın səviyyəsi 2100-cü ildə 0,3-2 metrə qədər yüksələcək.

Bu hadisə sahillərin eroziyasını gücləndirəcək, fırtınalardan və qasırğalardan ortaya çıxan dağıntıların nəticələrini ağırlaşdıracaq və yeraltı suların səviyyəsinə ciddi təsir göstərəcək. Bəşəriyyət yalnız tropik çimərliklərdən məhrum olmayacaq. Duzsuz su torpağın keyfiyyətinin pisləşməsinə səbəb olacaq. Kənd təsərrüfatına təsir edəcək hadisə ilk olaraq kasıb təbəqənin həyatını məhv edəcək. Hazırda dünya əhalisinin dörddə üç hissəsi kənd təsərrüfatı ilə məşğul olur. Okeanın səviyyəsinin 40 santimetrə qədər yüksəlməsi Benqal körfəzini batırmağa kifayət edəcək. Bu da hazırda 7-10 milyon əhalisi olan Banqladeş ərazisinin 11%-nin su altında qalması deməkdir.

Aydındır ki, dünya okeanının səviyyəsi birdən-birə kəskin şəkildə yüksəlməyəcək. Uzun müddət davam edəcək proses Yer kürəsini güclü daşqınlar, sahilboyu tufanlar və dəyişkən sahil relyefi ilə ələ alacaq. İlkin ehtimallara görə, dünyanın sonu bütün bəşəriyyətin boğulması ilə nəticələnəcək.

Əgər əvvəl hər 100 ildə suyun səviyyəsi 5 metrə qədər yüksəlirdisə, "Scientific Reports" jurnalında dərc edilən nəticələ əsasən, bu göstəricilər artıq hər 25 ildə bir dəyişməyə başlayacaq. Əgər deyildiyi kimi okeanların səviyyəsi 5-10 santimetrə qədər yüksələrsə, ən böyük daşqınlar tropik ərazilərdə baş verəcək. Bu ərazilərdə təbii fəlakətlərin tezliyi 2030-cu ildə ikiqat artacaq. Yer kürəsinin məhv olma təhlükəsinə ən yaxın olan xalqları - ada əhalisidir.

Ekoloji ekspertlərin fikri və BMT-nin ekoloji risklər üzrə qrupunun gəldiyi nəticəyə görə dəniz səviyyəsinin sürətli artımı səbəbindən Maldiv adalarında yaşayan insanlar bu əraziləri tərk etməli olacaqlar. Bənzər tale Polineziyan adalarına da aiddir. Məsələn, Tuvalu sahillərində dəniz səviyyəsində il ərzində 1,2 millimetr yüksəliş qeydə alınıb. Sahil xətlərinin eroziyası səbəbindən 2016-cı ildə 5 Solomon adası yox olub. Nyu-York, London, Venesiya kimi sahilboyu ərazilərə yaxın yerləşən böyük şəhərlərin güclü tufan və daşqınlara qarşı ciddi müdafiəyəyə ehtiyacı var.

Su dünyası

Qlobal istiləşmə minilliklərlə davam edən geoloji prosesləri daha da sürətləndirir. Məsələn, şərqi Antarktidada yerləşən gizli "Uilksa hovuzu"nun əriməsi okean səviyyəsini 3-4 metrə qədər yüksəldə bilər. 10 milyon kvadrat kilometr ərazini əhatə edən Uilksa Antarktikada buzlu qalxan rolunu oynayır. "Uilksa hovuzu" növbəti bir neçə yüzillik ərzində dağıla bilər. Buz qalxanının ərinməsi 5-10 min ildə başa çatacaq.

Bəşəriyyətin məhv olmayacağını demək çətindir. Nə qədər optimist fikirlər irəli sürülsə də, yaxın gələcəkdə, insanların hansı sosial və iqtisadi problemlərlə qarşılacağını proqnozlaşdırmaq olmur. Hətta tədqiqatçıların fikrincə, Yer kürəsində 12 min il davam edən uçotsuz qlobal istiləşmə, regional genetik variasiyaları yox edəcək. Yəni oxşar xarici əlamətlərlə (neqroid, monqoloid, avropeoid və avstraloidnaya irqlər) səciyyələnən əhali irqləri daha mövcud olmayacaq.

İzahedilməz məhv olma

Bu mövzuda pessimist ssenarilər üstünlük təşkil edir. Astronom Frensis Dreyk və riyaziyyatçı Brendon Karter süşünür ki, insan sivilizasiyasından 10 min il sonra bu və ya başqa səbəblərdən planetdə bütün canlılar məhv olacaq. Astronom Frensis Dreyk deyir ki, planetdə insan sivilizasiyası orta hesabla 10 min il təşkil edir.

Karter dünyanın axırı haqqında teorem (Doomsday argument) təklif edib. Teoremə əsasən, müasir insan bütün tarixi hadisələrin ortasında dayanır. Bu da öz növbəsində, 10 min il sonra bəşəriyyətin 95%-nin məhv olma ehtimalını dəqiqləşdirir.

Qlobal donma

Əgər bu ehtimallar özünü doğrultmazsa, bəşəriyyət 10 min il sonra sağ qalsa belə, 50 min il sonra başlayacaq buz dövrü yenə də insanların məhv olmasına səbəb olacaq. Bu hadisə birbaşa astronomik təbiətlə bağlıdır.

Bütün bu proqnozlar öz növbəsində, müxtəlif amillərə görə formalaşır. Yer kürəsinin fırlanma oxunun dövri dəyişiklikləri, bu oxun prosessiyaları, planetin və eliptiyin orbitinin döngəsinin dəyişməsinə səbəb olur.

Yer kürəsiməhv olmasa

Bəşəriyyət yox olmasa, yüz min il sonra insanlar 400 kub kilometr lava tullamağa qadir supervulkanların püskürməsinə dözmək məcburiyyətində qalacaq. Təxminən 300 min il sonra Yer kürəsi böyük asteroidlə diametr məsafəsində rastlaşacaq. Bu milyon il sonra heyvanlarların əksəriyyətinin kütləvi qırılmasına və insanların sayının kəskin şəkildə azalmasına səbəb olacaq.

Hər halda alimlər deyir ki, yaxın milyon il ərzində baş verəcək heç bir astronomik və ya geoloji hadisənin insanların məhv olması ilə nəticələnəcəyini demək olmaz. Amma bu o demək deyil ki, texnologiyaların yüksək sivilizasiyası baş verəcəklərin qarşısını ala biləcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm