Sərgidə 21.235 AZN-ə ayaqqabı satılıb - VİDEO
Bizi izləyin

Maraq dünyası

Sərgidə 21.235 AZN-ə ayaqqabı satılıb - VİDEO

Sərgiyə 57 ölkədən 300-ə yaxın xarici firma və 1200 nəfərdən çox qonaq qatılıb.

Türkiyədə Osmanlı dövründə xüsusi otaqlara giriş üçün istifadə olunan ayaqqabıların formasında yeni ayaqqabı istehsal olunub.

Publika.az xəbər verir ki, İstanbul şəhərində yerləşən Pullman Konqres Mərkəzində " Eksposhoes 2017 Ayaqqabı" sərgisi keçirilib. Genişmiqyaslı sərgidə Türkiyənin 120-dən çox ayaqqabı firması iştirak edib. Sərgiyə 57 ölkədən 300-ə yaxın xarici firma və 1200 nəfərdən çox qonaq qatılıb.

Sərgidə Osmanlı dövrünə aid dizaynda hazırlanan bir cüt ayaqqabı da sərgilənib. Ayaqqabı rus iş adamı tərəfindən 45 min lirəyə (21.235 AZN) alınıb.

Sərgi may ayının 25-ə qədər davam edəcək.


Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm