Tarixin axarını dəyişən 9 mənasız təsadüf - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Tarixin axarını dəyişən 9 mənasız təsadüf - FOTOLAR

Dünyada hər şey təsadüflərdən ibarət olmasa da, çox vaxt hər şey təsadüf nəticəsində baş verir. Əsasən də şəxsi həyatda rast gəlinən təsadüflər insanlarda inanılmaz təəssüratlar yaradır.

Sıradan insanlardan fərqli olaraq dünyada önəmli rol oyanayan şəxsiyyətlərin işi təsadüf və şansa buraxması tarixin gedişatını dəyişir.

Publika.az sizə bəlkə də tarixi dəyişdirən 9 ən yöndəmsiz səhvləri təqdim edir:

Səhv tərcümə və atom hücumu

1.1945-ci ildə ABŞ Yaponiyadan kapitulyasiya tələb edib. Yaponiyanın baş naziri Kontaro Sudzukinin qarşı tərəfə göndərdiyi cavabda istifadə etdiyi "mokusatsu" sözünün səhv tərcümə edilməsi Yaponiyaya atom bombası atılması ilə nəticəlib. Bu sözün mənası "şərhsiz", "neytral qalmaq" və ya "biz düşünəcəyik" kimi tərcümə edildiyi halda ABŞ tərcüməçiləri bunu "biz sizə məhəl qoymuruq", "biz rədd edirik" və "biz bu məsələyə nifrətlə baxırıq" kimi qeydə alıb. Belə cavabı özünə təhqir hesab edən ABŞ prezidenti Harri Trumen ani bir qərarla Yaponiyaya iki atom bombası atılmasını əmr etdi.

2. "Titanik" və kapitan köməkçisi

"Titanik"in içərisində kapitanın otağında bağlı dolabda binokl saxlanılırdı. Dəhşətli "Titanik" qəzası bəlkə də yaşanmaya bilərdi, əgər kapitanın ikinci köməkçisi Devid Bler dolabın açarını götürdüyü yerə qoymağı unutmasaydı. Bağlı dolabdan binoklu götürə bilməyən ekipaj üzvləri qarşıdakı təhlükəni görmədikləri üçün içərisində minlərlə insanın olduğu gəmi aysberqlə toqquşub.

3. Səliqəsizlik və penisilinin kəşfi

Şotland əsilli Böyük Britaniya bakterioloqu, alim Aleksandr Fleminq səliqə-səhmana o qəsər də riayət etməyib. O, öz laboratoriyasında Petri fincanlarında olan stafilokokları yığışdırmağı unudaraq 2 həftəlik məzuniyyətə gedib. Fleminq qayıdana qədər laboratoriyaya heç kim girmədiyindən fincanlar kiflə örtülmüş stafilokoklar isə məhv olmuşdu. Bu səliqəsizlik nəticəsində şotland əsilli alim antibiotik preparatı olan penisilini kəşf edib və insanların bir sıra ölümcül bakteriya və infeksiyalardan dünyasını dəyişdiyi dövr bitib.

4. Berlin divarının dağılması və siyasətçinin fikri dağınıqlığı

1989-cu ildə alman siyasətçi Qünter Şabovski Berlin divarının taleyini həll edəcək qanuna edilən dəyişikliklər barədə mətbuat konfransı keçirib. Mətbuatda çıxışı zamanı Berlin Divarının yerinin dəyişdirilməsinə eham edən siyasətçi jurnalistlərdən birinin "Bəs nə vaxt" sualına "dərhal" cavabını verib. Dərc edilən materialdan sonra qiyam qaldıran insanların qarşısını alınması üçün hökümət divarın uçmasına izn verib. Faktiki olaraq Berlin divarının dağıdılmasına Qünter Şabovskinin ani cavabı səbəb olub. Bəlkə də o, sualların cavablarını qarışdırıb.

5. Alimin ehtiyyatsızlığı və sınmayanın şüşə

1903-cü ildə Fransalı alim Eduard Benediktus ehtiyyatsızlıq səbəbindən əlindəki kolbanı döşəməyə salıb. Kolbanın sınmaması alimi təəccübləndirib. Alim sonradan xatırladı ki, kolbanın divarlarında incə sellülozun nitrat qatı var. Eduard iki şüşəni sellüloz nitrat maddəsi ilə birbirinə"buterbrod" şəklində yapışdırır. Daha sonra çəkic vasitəsilə şüşəni sındırmağa çalışan alim onun sadəcə çatladığını görüb. "Triplesk" şüşə məhz belə kəşf olunub. Eduardın sayəsində bu gün nəqliyyat vasitələrinin istehsalında istifadə olunan şüşələr yüngül qəzalar zamanı sürücünün və sərnişinlərın şüşə qırıntıları səbəbindən ölməsinin qarşısını alır.

6. Napoleon və Fransa

Napoleonun şəxsiyyəti və xarakteri bir çox şeydə Fransanın taleyini qabaqcadan həll edib. Napoleonun doğulduğu Genuyanın Korsikan adası onun doğumundan bir il əvvəl Kompenyen traktatı üzrə borc müqabilində Fransaya verilib. Əgər ada Genuyanın tərkibində qalsaydı Napoleon fransız olaraq doğulmazdı. Fransanın taleyi isə tamam fərqli olardı.

7. Rentgen şüaları

1895-ci ildə alman fiziki Vilhelm Rentgen yeni bir kəşfə imza atdı. O, şüaların xüsusiyyətlərini test etmək üçün onların qarşısına müxtəlif predmetlər qoyaraq əks tərəfdən müşahidə edirdi. Tamamilə təsadüf nəticəsində predmetləri dəyişərkən alim şüaların altında öz əlini görüb. Əks tərəfdən əlinə baxan alim sümüklərinin açıq-aydın göründüyünü müşahidə edib. Rentgenin kəşfi dünya səhiyyəsində bir inqilab rolu oynadı. Hazırda tibb sahəsində istifadə olunan Rentgen aparatları Vilhelm Rentgenin şərəfinə adlandırılmışdır.

8. Konstantinopol və qıfıllanmamış qapılar

Min illər boyu Konstantinopol müharibələrə, hücumlara müqavimət göstərə bilib. Lakin 1453-cü ildə türklərlə döyüşdə ələ keçirilib. Buna səbəb isə Kerkoportun qıfıllanmamış qapıları olub. Konstantinopolun müdafiə sistemi çox güclü olub. Lakin buna baxmayaraq, şəhərin içərisində çoxlu gizli giriş-çıxışlar olub. Kəşfiyyatçılar üçün qoyulan bu gizli yollardan birnin qapısı ehtiyyatsızlıq səbəbindən açıq qalıb. Həmin açıq qapıdan şəhərə daxil olan Türk ordusu Konstantinopolu asanlıqla işğal edib.

9. Meteorit və xristianlıq

Tarixdə xristian dininin meydana gəlməsi "Dəməşqə gedən yol" kimi təsvir edilir. Rəvayətə görə, xristianlığın formalaşmasında Apostol Pavelin Dəməşqə səyahəti mühüm rol oynayıb. Daha bir ehtimal isə meteoritin düşməsi ilə bağlıdır. Apostol Pavel səmada parlaq işıq və qulaqbatırıcı səs eşidir. Hadisə qarşısında ayaqları yerdən kəsilən Pavel 3 gün ərzində kar və kor olur. Və yalnız Dəməşqə çatanda xaçpərəst Ananiyayla görüşəndən sonra yenidən eşitməyə və görməyə başlayıb. Bu hadisədən təsirlənən Pavel xristian dinini yaxından izləməyə başlayıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm