BİABIRÇILIQ: yaşlı cütlük özlərinə LÜT ŞƏKİLDƏ TOY ETDİ - FOTOLAR (18+)
Bizi izləyin

Maraq dünyası

BİABIRÇILIQ: yaşlı cütlük özlərinə LÜT ŞƏKİLDƏ TOY ETDİ - FOTOLAR (18+)

Rüsvayçılıq...

Britaniyada nudist cütlük ailə üzvlərinin iradəsi əleyhinə olsa da özlərinə toy edib.

Publika.az xəbər verir ki, 54 yaşlı Ceff Adams və onun sevgilisi 47 yaşlı Syu təbiətin qoynunda özlərinə toy mərasimi qurublar. Cütlüyün üzərində anadangəlmə “paltar”larından başqa heç nə olmayıb. Bircə gəlin başına fata taxmağından qalmayıb.

Hər iki şəxsin əvvəlki evliliyindən uşaqları, hətta nəvələri var. Amma cütlük yad adamların əhatəsində evlənməli olub. Çünki onların çılpaqlığından utanan ailə üzvləri toya qatılmayıblar.

Qeyd edək ki, Ceff və Syu 2015-ci ildə feysbuk vasitəsilə tanış olublar.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm