Pencəyin yaxasına taxılan sirli nişanlar: MƏNALARI VƏ TARİXİ - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Pencəyin yaxasına taxılan sirli nişanlar: MƏNALARI VƏ TARİXİ - FOTOLAR

Keçmişin mirası hesab olunan bu aksessuarlar "frak nişanları" adlanırdı.

Bəzən kişilərin geyindikləri kostyumların üzərində müxtəlif rəngli və fərqli mənaları ifadə edən döş nişanları olurdu. Əsasən yaşlı nəslin nümayəndələrinin istifadə etdiyi bu nişanlar onlara sanki ayrı bir əhval, əzmli zahiri görkəm verir.

Bu kiçik nişanlara bəzən Sovet İttifaqı Kommunist Partiyasının yüksək vəzifəli şəxslərinin geyimlərində də rast gəlinirdi. Onlar xüsusi simvolları ifadə edirdi.

Publika.az sizə bu nişanların və atributların yerinə görə hansı mənanı ifadə etdiyi haqda maraqlı məlumatları təqdim edir:

Keçmişin mirası hesab olunan bu aksessuarlar "frak nişanları" adlanırdı. Ya da onları daşıyan insanlar sadəcə "fraklı adamlar" adlandırılırdı. 19-cu əsrin sonlarına yaxın artıq bu aksessuarlar dəb halını almağa başladı. Bu nişanlar geyimlərin ayrılmaz və məcburi elementlərindən birinə çevrilmişdi. Əsasən hərbiçi təbəqəsi nişanlardan daha çox istifadə edirdi. Onlar öz medallarını, ordenlərini, frak nişanlarını sinələrində gəzdirirdilər. Fotoda sol tərəfdə yerləşdirilən medal "Rus-Yapon müharibəsinin" medal və frak nişanıdır.

Öz növbəsində pencəklərin də maraqlı tarixi var. Belə ki pencəklərin sağ tərəfində çox adamın mənasını bilmədiyi bir ilmə var. Əslində pencəkləri əvvəllər boğaza qədər düymələmək mümkün idi. Daha sonra bu ənənə dəyişdi və pencəklər hazırki formada tikilməyə başladı. Və o dövrlərdə kişilər buraya kiçik nişanlar və ya təbii güllər taxmağa başladılar.

"Nişanını göstər, deyim kimsən" - bu ifadə elə-belə səslənmirdi. Sovet dövründə frak nişanlarının hər birinin özünün xüsusi mənası olurdu. Pencəklərin sağ döş hissəsinə vurulan aksessuarların, frak nişanlarının əksəriyyəti insanların hansı cəmiyyətin üzvü olduqlarından xəbər verirdi. Əsasən hərbiyə, idmana, elmi cəmiyyətə, hər hansı siyasi partiyaya məxsus və ya korporativ işlərdə çalışan insanların xüsusi döş nişanları olurdu.

Əgər sadalanan sahələrdən heç birində çalışmıayan bir insan sadəcə döş nişanı taxmağı xoşlayır və bu səbədən taxmaq istəyirsə, bunun ayrı yolları vardı. Heç kim bu aksessuarları kefi istədiyi üçün heç bir mənası olmadan taxa bilməzdi. Hər hansı bir nişanı taxmaq istədikdə ona cəmiyyətdə formalaşan sahələrə xas nişanların mənasından fərqli neytral bir məna yükləmək lazım idi.

Bütün frak nişanların ümumi xüsusiyyətləri olurdu:

Ölçüləri: təxminən 2 santimetrə qədər.

Mənaları: Hər hansı partiya üzvü, elmi cəmiyyət və.s.

Taxılması: Xüsusi sancaqlar, vintlər və ya lentlərlə.

Materiallar: Bütün növ döş nişanları metaldan hazırlanırdı.

Öz spesifikasına görə frak nişanları əsasən xüsusi sifarişlə hazırlanırdı. Onları hər zaman satışda tapmaq olmurdu. Əgər pencəkdə döş nişanlarının olması sizin xoşunuza gəlirsə, sadəcə araşdırıb nişanların ideyasını düzgün seçmək lazımdır. Sifariş verdikdən sonra artıq sizin xüsusi mənasını özünüzün bildiyiniz döş nişanınız olacaq.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm