Maraq dünyası
Bakı sakinləri Ramazan ayında toy edirmi?
“ACT Azərbaycan” Bakı şəhərinin sakinlərinə "Ramazan bayramında toy etmək olar?" sualı ilə müraicət edib.
Publika.az sorğunun nəticələrini təqdim edir.
Artıq bir neçə saatdan sonra müqəddəs Ramazan ayına qədəm qoyuruq. Ramazan ay təqviminə görə ilin doqquzuncu ayının adıdır. Islam inancına görə, Ramazan ayların ən üstünü, on bir ayın sultanıdır.
Rəyi soruşulmuş respondentlərin tam yarısı (50 %) Ramazan ayında oruc tutacağını bildirir. Oruc tutanların 51 %-ni qadınlar, 46 %-ni isə kişilər təşkil edir.
Ramazan ayında yemək, içmək, siqaret çəkmək, intim əlaqə, hər cür qatı toz və tüstünü udmaq, qəsdən qusmaq, bədənə imalə etdirmək, qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışmaq, Quran ayələrini bilə-bilə səhv oxumaq, yalan hədislər söyləmək, qeybət etmək, ağız, burun və qulaq dəliklərindən bədənə su keçməsi orucu batil edir.
Bəs Bakı sakinləri Ramazan ayında hansı əməllərdən çəkinir?
Rəyi soruşulan respondentlərin 5 %-i Ramazan ayında siqaretdən, 11 %-i isə alkoqollu içkilərdən imtina edir. Paytaxt sakinlərinin əksəriyyəti bu ay ərzində söyüş söymək (15 %) və dalaşmaqdan da (25 %) çəkinir.
Maraqlısı odur ki, Ramazan ayında orucu pozan əməllər arasında toy mərasimlərinin keçirilməsi yer almasa da, rəyi öyrənilmiş bütün sakinlər bu ayda toy etməkdən imtina edir (100 %).
Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.
-
Sağlamlıq07:08
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov