Yeni 3D inşaat maşını: 24 saata 37 kvadratmetrlik ev inşa etdi - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Yeni 3D inşaat maşını: 24 saata 37 kvadratmetrlik ev inşa etdi - FOTOLAR

Şirkət 24 saat içərisində inşa edilən bu evlərə 175 il zəmanət verir.

Dünya üzrə inşaat sektorunda yeniliklər davam edir. Sahənin çətin iş rejimini nisbətən yüngülləşdirmək və müxtəlif xarici ölkələrdən dəyəri milyon dollarla ölçülən inşaat materiallarının sayını azaltmaq üçün çoxfunksiyalı tikinti qurğuları icad edilir.

Publika.az xəbər verir ki, inşaat sahələrində istifadə etmək üçün istehsal edilən ilk mobil 3D qurğu 24 saat ərzində təxminən 10 min dollar dəyərində olan 37 kvadratmetrlik ev inşa edib.

Evin bütün divarları, bölmələri betonla doldurulub. İnteryeri sonradan qoyulan qapılar, pəncərələr və mebellər tamamlayır.

Bu qurğunu "Apis Cor! istehsal edib. İnşa etdiyi 37 kvadratmetrlik ev bir dəhliz, hamam, qonaq otağı və mətbəxdən ibarətdir.

Şirkət 24 saat içərisində inşa edilən bu evlərə 175 il zəmanət verir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm