Xəyal GERÇƏK OLUR: evlər “ağıllanacaq” və bu funksiyanı yerinə yetirəcək - İNANILMAZ
Bizi izləyin

Maraq dünyası

Xəyal GERÇƏK OLUR: evlər “ağıllanacaq” və bu funksiyanı yerinə yetirəcək - İNANILMAZ

Bu gün sanki reallıqda deyil, yazıçı-fantastların əsərlərində yaşayırıq. Evin, telefonun, maşının, hətta geyimlərin belə “ağıllı”lısı yaradılıb. Bir zamanlar fantastik əsərlərdə oxuyub lağa qoyduğumuzu indi görüb heyrətlənirik. Hər yeni “smart” əşyalara öyrəşməyə çalışarkən ardında elə bir texniki vasitələr icad olunur ki, ağzımız uzun müddət təəccübdən açıq qalır. Hələ çox açıq qalacaq, çünki yaxın gələcəkdə biz robotları deyil, robotlar bizi idarə edəcək.

Hələlik isə Publika.az insanın idarə etdiyi robotik sistemi diqqətinizə çatdırır:

“Smart Home” – bu gün əslində tam rahatlıq, arxayınlıq məkanıdır. Təsəvvür edin ev öz-özünə işıqlanır, pərdələr səhər açılıb, axşam örtülür, su, qaz sahibi olmadan israfdan çəkinir, güzgü adamla danışır və s. Tezliklə evlər daha da ağıllanıb, diqqətlilik qabiliyyətini artıracaq. Məsələn, ev özü sahibini qohumdan və qonşudan ayırd edə biləcək. Həm də 99,99% dəqiqliklə! Hətta evə gələnlərin hansının yaxın qohum və ya dost, hansının uzaq olduğunu da ev özü müəyyənləşdirəcək. Buna görə də özünü tənzimləyə biləcək. Məsələn, deyək ki, qayınananın gün işığına allergiyası var – o, evə girən kimi ev pərdələri qapadacaq ki, gəlin artıq söz eşitməsin. Bundan başqa, ev sahibinin özüylə açar gəzdirməsinə də ehtiyac qalmayacaq: qapı sahibini görən kimi öz-özünə açılacaq, onun arxasınca isə kilidlənəcək. Bu sistem yalnız evin üzvləri üçün keçərli olacaq.

Hazırda “Smart Home” sistemi çox bahalı olduğundan hər adam evinin “ağıllandıra” bilmir. Bu, daha çox zəngin insanların rahatlığına hesablanıb. Başqa sözlə desək, mahiyyət dəyişmir: zənginlər yenə də qulluqçu işlədirlər, sadəcə bu dəfə robot sistemindən. Amma texnoloqlar bildirirlər ki, 2020-ci ildən etibarən bütün texniki şirkətlər bu sistemi müştərilərə təqdim edəcəyinə görə rəqabət artacaq və qiymətlər münasibləşəcək.

Hazırda bağ evlərinin də ağıllanması istiqamətində sistem işlənilir. Yəni ev yiyəsi bağda olmadığı vaxt, ağaclar öz-özünə sulanacaq, vaxtaşırı evin havası dəyişiləcək və s.

Qeyd edək ki, təkcə Bosch firması ağıllı sistemlər və qadcetlər üçün 7 milyard avro vəsait ayırıb. Yaxın gələcəkdə isə şirkət süni inttellektlə işləyən alətlər üçün 300 milyon avro yönəltməyi planlaşdırır.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm