"Arvadıma dözmürəm" deyib, həbs olunmaq üçün yalvardı - QƏRİBƏ HADİSƏ
Bizi izləyin

Maraq dünyası

"Arvadıma dözmürəm" deyib, həbs olunmaq üçün yalvardı - QƏRİBƏ HADİSƏ

İtaliyanın paytaxtı Romada maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, 25 yaşlı paytaxt sakini arvadının həddən artıq deyinməsindən yorularaq polisə onu həbs etməsi üçün yalvarıb.

Ard-arda mübahisə edən cütlüyə aralarındakı problemi həll etmək üçün məhkəmə tərəfindən 3 ay müddət verilib. Bundan əlavə, gənc adam daha əvvəl törətdiyi cinayətə görə 6 aylıq ev həbsinə məhkum edilib.

Bu müddətdən imtina edən 25 yaşlı kişi "arvadıma dözə bilmirəm, artıq dəli olacam. Xahiş edirəm, məni həbs edin", - deyə yalvarıb.

Ölkə mətbuatında gedən xəbərlərə görə, polis əməkdaşları bunun mümkünsüz olduğunu bildirib. Bunu görən gənc evdən qaçaraq qanunu pozub. Nəticədə polislər tərəfindən həbs edilən gənc "xoşbəxt şəkildə" həbsxanaya göndərilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm