Çin alimlərindən yeni ixtira - robot kuryerlər
Bizi izləyin

Maraq dünyası

Çin alimlərindən yeni ixtira - robot kuryerlər

Çində onlayn satış şirkətlərindən biri robot kuryer vasitəsilə insanlara xidmət etməyə başlayıb.

Publika.az xəbər verir ki, Çinin paytaxtı Pekində fəaliyyət göstərən “Jindong” adlı onlayn ticarət firması ilk sifarişini robot kuryer vasitəsilə paytaxtın Haydin bölgəsindəki Renmin Universitetinə çatdıra bilib.

Saatda 3-4 kilometr sürətlə hərəkət edən robot kuryer tək səfərdə 50 kiloqram yük daşımağa malik gücdədir. Bu robot maşınların daha bir özəlliyi lazer radarı və kamerasının olmasıdır. Bu özəlliklər sayəsində robot yolda bütün mümkün maneələri keçə və işıqforları tanıya bilir.

Hətta bu robot kuryerlər sifariş olunan ünvana çatmazdan 5 dəqiqə öncə alıcıya mesaj da göndərir. Alıcı sifariş etdiyi məhsulu üz tanıma və ya hər hansı bir kod vasitəsilə təslim alır.

“Jindong” firması bu il robot kuryerlərin sayını 100-ə çatdırmağı və daha çox ərazidə xidmət göstərməyi planlaşdırır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm