Maraq dünyası
NASA 15 yaşlı oğlanın hazırladığı peyki kosmosa göndərəcək - FOTO
Dünyanın ən kiçik peyki Hindistanda hazırlandı.
Publika.az xəbər verir ki, 15 yaşlı Rifat Şarukun hazırladığı kiçik ölçülü peyk bu gün NASA tərəfindən kosmosa buraxılacaq.
64 qram ağırlığında, karbon lifdən hazırlanan cihaz keçən ay NASA-nın dəstəyi ilə keçirilən "Cubes in Space" yarışmasında nümayiş olunub.
Gənc ixtiraçı cihaza Hindistanın dövlət başçılarından birinin, Əbdül Kalemin şərəfinə "KalamSat" adını verib.
Rifat Şaruk deyir ki, bu cihazı tamamilə sıfırdan hazırlayıb:
"Üzərindəki yeni və sürətli sistem Yerin maqnitosfer qatını ölçəcək. Əsas çətinlik kosmosa göndəriləcək cihazın çəkisini 64 qram tələbinə uyğunlaşdırmaq idi".
Peyk bu gün NASA-nın "Wallops Island" kompleksindən kosmosa buraxılacaq.
Könül Cəfərli
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı