Valideynlərin meşəyə atıb vəhşiləşdirdiyi uşaqlar - FOTO
Bizi izləyin

Maraq dünyası

Valideynlərin meşəyə atıb vəhşiləşdirdiyi uşaqlar - FOTO

Psixologiyada belə bir deyim var, “Təbiət tərbiyəyə qarşı”. Mütəxəssislər düşünürlər ki, insanın psixoloji tərbiyəsində əsas rolu onun genetikasından çox, böyüyüb, formalaşdığı cəmiyyət oynayır. Bura həm insanın vərdişləri, xasiyyəti, aqressivlik dərəcəsi, seksuallığı və s. cəhətləri aid edilir. Məsələn, cəmiyyətdən təcrid olunub, cəngəlliklərdə, meşələrdə böyüyən insan övladı, bizim üçün ən sadə görünən bacarıqlardan belə xəbərsizdir.

Publika.az cəmiyyətdən uzaq düşüb, vəhşi təbiətdə böyüyən “vəhşi uşaqlar” haqda məlumat təqdim edir:

Nigeriyalı Bello

Bu uşaq dünya mətbuatında “şempanze oğlan” kimi tanınırdı. Bello 1996-cı ildə Nigeriyanın cəngəlliklərinin birində tapılmışdı. Həmin vaxt onun yaşını təyin etmək çox çətin idi. Mütəxəssislər təxmini 2 yaşında olduğunu müəyyən etmişdilər. Hələ körpə vaxtında valideynləri tərəfindən şempanzelərin qəbiləsinə atılan Bello meymun kimi gəzir, yemək yeyidi. 2002-ci ildə qəzetlərin birində Bello haqqında məqalə çıxdı. Cənubi Afrinkanın uşaq evlərindən birinə verilən oğlan digər uşaqlarla tez-tez dalaşır, onları daş-qalaq edirdi. Gecələr isə hppoanıb-düşür, yatmırdı. Tapıldığı gündən illər keçməsinə və onunla mütamadi söhbət edilməsinə rəğmən, Bello danışmağı öyrənə bilmir və 2005-ci ildə naməlum səbəblərdən dünyasını dəyişir.

Kəmala və Amala

Bu iki hind qızın əhvalatı da, ən məşhur “vəhşi uşaqlar” silsiləsindəndir. 1920-ci ildə Hindistan meşələrinin birində çanavarların sürüsündən 8 yaşlı iki qızcığaz tapılır. Kəmalanın 8, Amalanın isə 2 yaşı var idi. Bu qızlar həyatlarının böyük hissəsini heyvanlarla birgə keçirmişdilər. Tədqiqatçılar onların birgə tapılmağına baxmayaraq, bacı olduqlaına şübhə ilə yanaşırlar, çünki qızlar arasında yaş fərqi böyük idi. Çox güman ki, onları valideynləri bura fərqli vaxtlarda atmışdılar.

Qızların tapılmasında meşəətrafı ərazidə yaşayan insanların böyük rolu olur. Belə ki, öncə buralarda iki ruhun dolaşması haqda vahiməli xəbər yayılır. Onlar bu qorxulu canlıları tez-tez canavar sürüsü ilə birgə gəzəndə görürdülər. Ərazinin rahibi hadisədən xəbər tutan kimi, bu canlıları izləməyə qərar verir. O, əlləri və ayaqları üzərində gəzən qızları görüb, qorxur və onları eybəcər məxluq adlandırır. Rahib Cozef bu qızları özü ilə kilsəyə aparmağa qərar verir. Qızlar birgə yatır, geyimlərini cırıb atır, çiy ətlə qidalanırdılar. Qızların bədənləri deformasiyaya uğramışdı. Əzəzlələri o qədər kiçilmişdi ki, düz gəzə bilmirdilər. Kamala və Amala digər mauqli uşaqlar kimi, insanlarla ünsiyyətdən qaçır, gəldikləri həyatlarına geri dönmək istəyirdilər. Onların heyvana xas olan çox güclü hissiyatı var idi. Lap uzaqdan gələn insanın ayaq izlərini də eşidirdilər. Balaca Amala qısa zamanda dünyasını dəyişdi, bu digər qıza çox mənfi təsir etdi. Buna baxmayaraq Kamala tezliklə yeriməyi öyrəndi, hətta bir neçə söz deməyə başladı. 9 ildən sonra qızcığaz dünyasını dəyişdi.

Dino Saniçar

Mauqli uşaqların məhşur nümayəndələrindən biri də Dinodur. Dina ləqəbli bu uşaq “canavar oğlan” adı ilə tanınır. 1867-ci ildə ovçular onu tapanda Dinonun cəmi 6 yaşı vardı. Onu tapan insanlar dinonu öz ailələrinə aparıb, heyvani vərdişlərdən uzaqlaşdırmağa cəhd edirdilər. Nəhayət ki, Dino bişmiş ət yeməyə alışdı və əvvəlki kimi geyimini cırıb, atmırdı. Təəssüf ki, Dino dünyasını dəyişənədək danışmağı öyrənə bilmədi.

Roçom Penhenq

Bu qız hələ 8 yaşında ikən bacısı ilə birgə evdən çıxır və Kamboca cəngəlliklərinin birində azır. Uzun axtarışlardan sonra valideynlər qızlarının itkisi ilə barışmalı olurlar. Hadisənin üstündən 18 il keçəndən sonra, 2007-ci ildə cəngəllikdə çılpaq qız peyda olur. O, kəndlilərin yeməyini tez-tez oğurlayaraq, bütün diqqəti öz üzərinə çəkir. Kəndlilər qızı zərərləşdirmək üçün polisə müraciət edirlər. Hadisə yerinə gələn polislər oğrunu tutanda əkizlərin valideynləri qızı çiynindəki ləkədən tanıyırlar. Bacısı haqda heç bir xəbər olmasa da, kədərli valideynlər Roçomun varlığı ilə təsəlli tapdılar. Roçom tezliklə tək-tək sözlər ifadə etməyə və işarələr vasitəsilə özünü ifadə etməyə başladı. Məsələn, o ac olanda əlini ağzına aparırdı. Cəmiyyətə uyğunlaşmağı bacarmayan Poçom 2010-cu ildə yenidən meşəyə qaçır. Ondan hələ də heç bir xəbər yoxdur.

Mauqli uşaqlarla bağlı miflər, gerçək əhvalatlar çoxdur. Acınacaqlısı isə odur ki, valideynlər öz övladlarını şüurlu surətdə meşəyə atırlar. Vəhşi adlandırdığımızheyvanlar isə, insan övladına sahib çıxır, ona yaşamağı öyrədir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm