Salvador Dalinin məzarı açılacaq - DNT ÜÇÜN
Bizi izləyin

Maraq dünyası

Salvador Dalinin məzarı açılacaq - DNT ÜÇÜN

Dünya şöhrətli ispaniyalı rəssam Salvador Dalinin məzarı açılacaq.

Publika.az "Daily Mail"-a istinadən xəbər verir ki, 61 yaşlı Mariya Pilar Abel Martnez adlı qadının Salvador Dalinin qızı olduğunu iddia etməsi eşidənləri şoka salıb. İddia üzərinə Salvador Dalidən DNT nümunəsi götürülməsi üçün məzarının açılacağı bildirilib.

Katalon bölgəsinin Fiqueres şəhərində yerləşən məzarın açılacağına dair məlumatlar hazırda sənətkarın mülkünü idarə edən "Dali Fondu"nun etirazlarına səbəb olub.

Rəssamın 1955-ci ildə onun anası ilə münasibətdə olduğunu deyən Mariya Pilar Abel Martnez 2015-ci ildən Salvador Dalinin qızı olduğunu iddi edir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm