Həyat yoldaşı üçün əkdiyi 6 min ağacın 17 illik sirri - "Sən demə..."
Bizi izləyin

Maraq dünyası

Həyat yoldaşı üçün əkdiyi 6 min ağacın 17 illik sirri - "Sən demə..."

17 il ərzində bu barədə heç kim heç nə bilməyib.

Canet Hove və Uinston Hove cütlüyü 1962-ci ildə ailə qurub. Bir-birlərini çox sevən ikili hər kəsə nümunə olacaq bir ailə olublar. Lakin xoşbəxtlikləri uzun sürməyib. Vaxtsız gələn ölüm 33 illik evli olan cütlüyü bir-birindən ayırıb. İnfarkt nəticəsində həyatını itirən Canet Hovenin şərəfinə həyat yoldaşı inanılmaz bir xatirə qoyub. İşin ən maraqlı tərəfi məhz qadının ölümündən sonra başlayır.

20 il əvvəl dünyasını dəyişən Canet üçün həyat yoldaşı İngiltərənin cənub-qərbində yerləşən bir ferma alıb. Kişi bu fermada nə az, nə çox, düz 6 min ağac əkib. Ağaclar sıra ilə yan-yana deyil mərkəzində ürək yaradacaq şəkildə əkilmişdir. 17 il ərzində bu barədə heç kim heç nə bilməyib.

Lakin bu sirri ilk dəfə 2012-ci ildə ərazinin üzərindən hava şarı ilə uçan Harri Collett görüb. Göyə doğru səyahət edən Harri aşağıya baxdıqda gördüyü mənzərənin şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb.

Paylaşımlarında "necə gözəl eşq nümunəsi" deyərək bəhs etdiyi fotolar 17 il sonra Uinston Hovenin sirrinin üstünü açır. Vəfalı həyat yodaşı əkdiyi ağaclarla xanımının xatirəsini əbədi olaraq yaşadıb.

Ürəyin alt hissəsi Canetin doğulub böyüdüyü fermanın istiqamətini göstərir. Ürəyin tam ortasında isə baharda çiçəklər açır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm