Ər-arvad "Hər şey daxil" deyib, oteldə nə vardısa, oğurladılar
Bizi izləyin

Maraq dünyası

Ər-arvad "Hər şey daxil" deyib, oteldə nə vardısa, oğurladılar

Rusiyanın Surqut şəhərindən istirahət üçün Türkiyəyə gələn ər-arvad qaldıqları oteldə anlaşılmazlıq səbəbindən qalmaqalla yadda qalıblar. Cütlük "hər şey daxil" sözünü birəbir yerinə yetirib.

Publika.az xəbər verir ki, Aralıq dənizi sahillərində otellərdən birində qalan Rüstəm və Mariya cütlüyü qaldıqları otelin "hər şey daxil" sloqanını yanlış anlayıblar. Cütlüyün oteldən oğurluq etməsi Türkiyə ilə yanaşı, Rusiya mediasının da gendəmini zəbt edib.

Oteldən ayrılan cütlüyün çamadanları otel əməkdaşlarının diqqətini çəkib. Axtarış nəticəsində çamadanlardan çıxanlar hər kəsi təəccübləndirib.

İki böyük çamadanın içindən 14 rulon tualet kağızı, plastik su şüşələrinə doldurulmuş 5 litr Bayliss likörü, iki hamam xalatı, bir neçə dəsmal, 7 kilo portağal və otelin bağçasında kökləri ilə çıxarılmış çiçəklər çıxıb. Oğurlamaq istədikləri əşyaların ümumilikdə bazar qiyməti 231 dollardır.

Sosial mediada izləyicilər tərəfindən tənqid edilən cütlük "Rusiyanın şərəfinə, heysiyyatına xələl gətirən insanlar kimi" qiymətləndirilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm