11 yaşı var: Eynşteyn və Houkinqi geridə qoydu
Bizi izləyin

Maraq dünyası

11 yaşı var: Eynşteyn və Houkinqi geridə qoydu

İngiltərədə yaşayan 11 yaşlı Arnov Şarma dünyanın ən prestijli İQ testlərindən biri olan “Mensa” testində əldə etdiyi nəticə ilə dünya gündəmində səs salıb.

Publika.az “İndependent” xəbər portalına istinadən xəbər verir ki, 11 yaşlı Şarma testdən 162 balla keçib. Bununla o, həmin testdən 160 balla keçən Albert Eynşteyn və ingilis fizik Stepen Houkinqi geridə qoyub.

“Mensa” İQ testinin olduqca çətin olduğunu və çox az insanın keçdiyini xatırladan hindli uşaq 2.5 saatlıq bu sınağa qətiyyən hazırlaşmadığını qeyd edib.

Daha öncə buna bənzər heç bir sınağa getməyən Şarma nəticələrini öyrənərkən ailəsinin də çox təəccübləndiyini deyib.

Qeyd edək ki, keçən il 12 yaşındakı hind əsilli İngiltərə vətəndaşı Rajgauri Pavar adlı qız da “Mensa” testindən 162 balla keçmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm