Onun ləğv edilən toyuna ən çox yoxsullar sevindi - - FOTO
Bizi izləyin

Maraq dünyası

Onun ləğv edilən toyuna ən çox yoxsullar sevindi - - FOTO

ABŞ-ın İndiana əyalətində yaşayan 25 yaşlı Sarah Kumins adlı qadın bir həftə sonra gerçəkləşəcək toyunu ləğv edib.

Publika.az xəbər verir ki, ləğv edilən toyun böyük miqdarda xərcinin boşa getməsini istəməyən qadın toy üçün icarəyə götürülən lüks salonda qohumlarının yerinə evsiz insanları qonaq edib.

Sarah toyu ləğv etməsinə rəğmən, kirayələdiyi məkanla “iadəsiz razılaşma” etdiyi üçün 30 000 dollarlıq yemək xərcini ödəmək məcburiyyətində qalıb. Xərcin boşa getməsini istəmədiyi üçün də evsizləri qonaq çağırıb.

Bunun üçün o, xüsusi avtobus kirayələyib və 100-dən çox evsiz insanı axşam yeməyinə və torta qonaq edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm