• USD 1,7012 0,00% EUR 1,9783 0,00%
    • GBP 2,2065 0,00% RUB 0,0289 0,00%

İnsanı lərzəyə gətirən ADƏTLƏR - FOTO/VİDEO

İnsanı lərzəyə gətirən ADƏTLƏR - FOTO/VİDEO

Afrika qəbilələri haqda danışarkən, təəccüblənməmək qeyri-mümkündür. Bu ərazilərdə yaşayan tayfaların anlaşılmaz barbar mədəniyyəti insanın hisslərini lərzəyə gətirir. Acınacaqqlısı odur ki, bu ağılasığmaz adətlər hələ də, yaşadılır və nəsildən-nəsilə ötürülür.

Publika.az saytı fransız fotoqrafı Erik Laforqun mursi, suri və bodi qəbilələrinin mədəniyyətinin əsas tərkib hissəsi olan “çapıqlama” ayini haqda fotoreportajını təqdim edir:

Efiopiya ərazisində yaşayan bu qəbilələrin üzvləri, dözülməz ağrılara tab gətirirək, bədənlərində belə çapıqlar açdırırlar. Çapıqlar qadınlarda gözəllik, kişilərdə isə igidlik rəmzi hesab edilir.

Çapıqlama olduqca ağrılırdır. Buna baxmayaraq, qanlı ayini həyata keçirərkən ağlamaq, sızlamaq utancverici hal sayılır. Odur ki, bədənini çapıqladan qızlara emosiyalarını bildirmək qadağan edilir. Çünki belə qızlarla kişilər evlənmək istəmirlər. Hesab olunur ki, onlar gələcəkdə doğum ağrılarına tab gətirə bilməyəcəklər.

Bədəndə çapıqlar yaratmaq üçün, qəbilə üzvləri ülgüc, tiyə və tikandan istifadə edirlər. Dəridə kəsiklər açıb, içərisinə bitki şirəsi və ya kül yeridirlər ki, qabarma yaransın.

Çox vaxt, bütün qəbilə üzvlərinin bədənində çapıqlar açmaq üçün, eyni tiyədən istifadə edilir. Bu isə hepatit və QİÇS xəstəliklərinin yayılmasına səbəb olur.

Bu gün mursi, suri və budi kimi geridəqalmış tayfaların bu adətəri bizi dəhşətə gətirir. Halbuki, inkişaf etmiş Avropa dövlətlərində gənclər digərlərindən seçilmək və ya sadəcə öz zövqləri naminə vücudlarını dəb adı altında qorxunc hallara salırlar.

Leyla Sarabi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR