Təcrübəli ailəli cütlüklər üçün Kamasutra - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Təcrübəli ailəli cütlüklər üçün Kamasutra - - FOTOLAR

Onlar bir-birini bəzən ən xırda işarədən də anlaya bilirlər.

Artıq uzun illər birgə yaşayan ailəli cütlüklər arasında, qeyri-adi bağ olur. Onlar bir-birini bəzən ən xırda işarədən də anlaya bilirlər.

İllər ötdükcə, cütlüklər arasında ehtiras sönsə də, yerində dərin hörmət və qarşılıqlı anlayış qalır. Yumoristlərin “Kamasutraya hazırladıqları improvizə şəkillərində isə, hər bir ailə öz gündəlik həyatından fraqmetlər görəcək.

“İşarə etmək” pozası

Qadının ərinin yaratdığı səliqəsizliyi toplayaraq, ona köməyə ehtiyacı olduğunu işarə etmək pozası

“Ətirli” pozası

Artıq bir-birinin bütün xüsusiyyətlərinə və vərdişlərinə bələd olan cütlük, aləmi bürüyən xoşagəlməz “ətirlərə” görə üzr istəmək məcburiyyətində deyillər.

“Üçüncü artıq deyil” pozası

Artıq uzun illər birgə yaşayan cütlüyün sevimli yataq pozası: gecə öz otağında yatmaqdan qorxub, valideynlərinin məhəbbət oyununu pozan sevimli uşaq...

“Üçüncü artıqdır, heç yeri deyil” pozası

Bu poza qadın evdə dəyişiklik etmək istəyərkən cüssəli kişini köməyə çağıranda baş tutur. Qadın köməyinə gələn kişiyə baxıb, zövq alarkən, əri dişlərini bir-birinə sıxıb, qəzəbdən dili tutulur.

“Şopoqolik” pozası

Həyat yoldaşını məcbur edib, əzabla geyim alış-verişinə gətirən qadın pozası

“Uşaqlar kəndə getdi” pozası

Yay tətili gəldisə, demək ki, uşaqları kəndə baba və nənənin yanına yollamaq zamanıdır. Övladlarının yoxluğundan istifadə edərək, sakitləşdirici həb içib, bütün gecəni qayğısız yatan cütlük pozası

“Özümlə təklikdə” pozası

Bu uşaqları məktəbə, həyat yoldaşını işə yollayıb, evdə tək qalan qadının ən çox həzz aldığı pozadır. Nəhayət, tələsmədən çimib, dincəlmək olar.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm