Dünyanın ən az əhaliyə sahib 6 ölkəsi
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən az əhaliyə sahib 6 ölkəsi

Dünyada bir neçə mindən ibarət əhalisi olan dövlətlər mövcuddur.

Çin, Hindistan, Kanada, Rusiya kimi nəhəng dövlətlərdə yaşayanlar üçün “az insan” anlayışı utopik görünsə də, dünyada bir neçə mindən ibarət əhalisi olan dövlətlər mövcuddur.

Publika.az həmin dövlətlərdən bir neçəsini təqdim edir:

1. Sealand

İngilis ordusunun keçmiş zabiti Roy Bates 1967-ci ildə neft platformasını işğal edərək “Sealand” adını verdiyi ölkəsini qurub. 550 kv.metrlik əraziyə sahib Sealand Krallığı heç bir dövlət tərəfindən tanınmır. İngiltərənin şərqində yerləşən bu dövlətdə 27 nəfər insan yaşayır.

2. Pitkairn adaları

Sakit okeanda, sivilizasiyadan kənar olan bu ölkənin 50 vətəndaşı var.

3. Tokelau

Yeni Zellandiyaya bağlı bir ada ölkəsidir. 1100 nəfər nüfuza sahib ölkədə cəmi 3 otel fəaliyyət göstərir.

4. Vatikan

İtaliyanın Roma şəhəri ərazisində yerləşir. Xristian dininin mərkəzi hesab edilən bu dövlətdə turistlərlə bigə 1500 insan yaşayır.

5. Niyue

Sakit Okeanın ərazisində Yeni Zellandiyadan asılı vəziyyətdə olan bu dövlətin 1500 vətəndaşı var.

6. Folklend adaları

Atlantik okeanının cənubunda yerləşən bu dövlətin ərazisi adalar arxipelaqından ibarətdir. 3000 vətəndaşı var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm