Putindən məşhur xanımlarla bağlı dillərə dastan olan ALİCƏNAB HƏRƏKƏTLƏR - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

Putindən məşhur xanımlarla bağlı dillərə dastan olan ALİCƏNAB HƏRƏKƏTLƏR - FOTO/VİDEO

Son günlər sosial şəbəkələrdə Vladimir Putinin maraqlı fotoşəkilləri yayılıb.

Publika.az Vladimir Putinlə müxtəlif ölkələrin birinci xanımları arasında yaşanmış heyrətamız əhvalatları təqdim edir:

Melaniya və Putin

Владимир Путин и Мелания Трамп на торжественном банкете в честь открытия саммита G20 в Гамбурге

İki nəhəng dövlətin - ABŞ və Rusiya prezidentlərinin ilk rəsmi görüşü “Böyük iyirmilik” sammitinin ilk günündə baş tutdu. Görüşə 2 saat 15 dəqiqə zaman ayrılsa da, ABŞ-ın birinci xanımı Melaniya Tramp 1 saat öncə otağa daxil olub, görüşü yarıda kəsdi.

Həmin gün axşam saatlarında isə, birinci xanım Rusiya prezidenti ilə qeyri-rəsmi şəkildə səmimi söhbət edərkən yaxalandı.

“Böyük İyirmilik” sammitinin rəsmi açılış gecəsinə ağ uzun donda qatılan Melaniya hər kəsin, o cümlədən Rusiya prezidentinin diqqət mərkəzində idi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, qızğın söhbətin əsas mövzusu müxtəlif sahələrdə çalışan qadınların üzləşdikləri çətinliklər olub. Peskov həmçinin vurğulayıb ki, müzakirə zamanı hər iki tərəfin bir-birinə qarşı simpatiyası gözdən yayınmayıb. Bəs bu, xoş ünsiyyətə Donald Trampın münasibəti necə olub?

Məlum olub ki, həmin məqamda Trampın başı, Argentina prezidentinin xanımı ilə maraqlı müzakirələrə qarışıbmış.

Argentina dostluğu

Argentinanın keçmiş prezidenti, xalqın “kraliça Kristina” adlandırdığı Kristina Fernandes de Kriştner ilə Putin arasında isti münasibətlər olub.

O, hər zaman rəsmi Moskvaya tam dəstəyini göstərən dövlət başçıları sırasında idi. 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsi haqda keçmiş prezident Putini tam dəstəkləyərək, onu “qlobal rəhbər” adlandırmaqdan çəkinməmişdi. Xanım prezident həmçinin, Rusiyanın terrorla mübarizə fəaliyyətini yüksək dəyərləndirmişdi. 3 il öncə, Rusiyanın dövlət başçısının Buenos-Ayresə rəsmi səfəri zamanı, prezidentlər bir-birinə maddi və mənəvi dəyərli böyük olan hədiyyələr təqdim etmişdilər.

Bir ildən sonra isə, Kralıça Kristina Moskvaya səfərə gedir. Putinlə Kremldə baş tutan rəsmi danışıqlar zamanı xanım prezident öz fincanına su süzmək istəyir. Bu zaman Argentina deleqasiya üzvləri səssiz qalır Putin isə bu işi öz öhdəsinə götürür.

Xanım Krişner iki dəfə ard-arda Argentinanın prezidenti kürsüsünə layiq görülüb. O, hakimiyyətdən gedəndə prezident Putinlə görüntülü şəkildə zəngləşib, vidalaşmışdı. Telefon danışığı müddətində, Rusiya prezidenti xanım Krişnerə təriflər yağdırmışdı.

Daha bir köhnə dost

Almaniya kansleri Angela Merkellə Vladimir Putin uzun illərdir ki, tanışdırlar. Bu dövlət başçılarının bugünədək olan görüşlərinin sayı hesabı itsə də, xanım Merkelin Soçiyə səfəri hələ də, xatırlanır.

Soçi səfərində, Vladimir Putin Merkelin görüşünə labrador cinsli itlə qatılmışdı. Prezidentin bu hərəkəti Merkeli hiddətləndirmişdi. Kansler bildirmişdi ki, uşaqlıq illərində onu qonşunun iti dişlədikdən sonra itlərdən çox qorxur.

Görüş zamanı Merkel labradoru diqqət və qorxu ilə izləyirdi. İt jurnalistlərə tərəf gedəndə isə Merkel yüksək səslə: “İndi sizi dişləyib, yeyəcək” deyə qışqırmışdı.

Vladimir Putin bu xoşagəlməz halı xatırlayarkən bildirmişdi ki, yalnız kanslerin üzünü güldürmək istəyib. Onun qorxacağını ağlına belə gətirməyib. Alicənab prezident sonra öz düşünülməmiş hərəkətinə görə Merkeldən üzr istəyib.

2013-cü ildə baş tutan “Böyük iyirmiliklər” sammitində Putin səhvini düzəldərək üşüyən Merkelin çiyninə qayğı ilə yun şal örtüb.

2017-ci ildə keçirilən “Böyük iyirmilik” sammitində isə, Putini Hamburq şəhərində qarşılayan Merkeli nəzakətlə “gözəl ev sahibəsi” adlandırıb.

Xanımları soyuqdan qoruyan Putin

Владимир Путин укрывает первую леди КНР пледом на шоу, приуроченном к саммиту АТЭС

Putinin Merkelin çiyninə yun şal örtməsi onu bütün Avropada “centlmen” ləqəbi ilə tanıtdı. Rusiya liderinin eyni jesti Çinin birinci xanımına qarşı etməsi isə bütün şərqi bir-birinə vurdu.

2014-cü ildə dövlət başçılarının görüşü zamanı, Çin Xalq Respublikasının prezidentinin başı ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə söhbətə qarışır. Açıq havada kənarda duran Çinin birinci xanımı isə üşüməyə başlayır. Bunu görən “alicənab” Putin yun şalı eyni nəzakətlə xanım Pen Liyuanın da ciyninə örtür.

Birinci xanım, elə həmin an şalı çiynindən götürüb, paltosunu geyinir.

Məlum olur ki, Avropa mədəniyyətinə görə, qoçaqlıq sayılan bu hərəkət, şərq adətlərinə görə, böyük təhqirdir. Çin kütləvi informasiya vasitələri isə bu xəbəri birmənalı qarşılamır. “Qayğıkeş Putin”, “Alicənab Putin” başlıqları ilə məqalələr yazılmağa başlayır. Bir anda Putin çinli xanımların qəhrəmanına çevrilir.

Donald Trampın Fransanın birinci xanımına qarşı “nəzakətli” davranışı isə, heç də yaxşı qarşılanmayıb. Belə ki, Tramp Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşına “uğursuz” tərif yağdırıb. O, 64 yaşlı Bricit Makrona çox gözəl qaldığını vurğulayıb. Bu isə, həm xanım Makrona, həm də Trampın yanında əyləşmiş ABŞ-ın birinci xanımına təhqir kimi qəbul olunub.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm