Tirannozavrlarla bağlı YENİ FAKTLAR
Bizi izləyin

Maraq dünyası

Tirannozavrlarla bağlı YENİ FAKTLAR

Paleontoloqlar müəyyən ediblər ki, tirannozavrlar yalnız gəzinti addımları ilə hərəkət edə bilərdi - əks halda onlar öz sümüklərinə xəsarət yetirə bilərdilər. Belə çıxır ki, kinematoqrafların bu vəhşi haqda yaratmış olduqları obrazların reallıqla münasibətləri yoxdur.

Publika.az bildirir ki, bu qənaətə, Mançestr Universitetindən olan Britaniya mütəxəssisləri gəlib və “Peerj” jurnalında məqalə ilə çıxış ediblər.

Hər bir şəxs, hansı ki, "Yura dövrünün parkı" filmini seyr edib, belə bir səhnənin şahidi olub: əsas qəhrəmanlardan biri “Cip”lə, yüksək sürətlə aradan çıxmağa çalışır, çünki dalınca tirannozavr düşür. Doğrudan da, bəzi tədqiqatçılar güman edirdilər ki, böyük tirannozavrlar saatda 70 km-dək sürətlə qaça biliblər. Lakin yeni versiyanın müəllifləri bəyan edirlər ki, bu dinozavrlarınn atletik bacarıqları xeyli şişirdilib.

İki müxtəlif biomexanik yanaşmanı birləşdirərərək alimlər, tirannozavrların daha ətraflı hərəkət modelini yarada biliblər. Halbuki, əvvəlki hesablamalarda yalnız əzələlərin qabiliyyəti nəzərə alınmışdı. Yeni model həm də, müxtəlif hərəkətlər zamanı skelet elementlərinin üzərinə düşən yükü də nəzərə alır.

Məlum olub ki, qaçış zamanı tirannozavrların sümüyünün üstünə düşən yük yol verilən göstəricilərdən 4-8 dəfə çox olub, bu da, 12 metrəlik nəhəng canlını sadəcə, əzib darmadağın edərdi. Yəni ona ancaq yavaş hərəkət etmək qalırdı.

Bu hesablamanı paleontoloji tapıntılar da təsdiqləyir. Belə ki, ötən il ABŞ-da tirannozavrların ayaq izlərindən ibarət zolaq aşkar edilib. Addımın uzunluğuna görə, heyvan saatda 4.5-8 kilometr yol qət edə bilərdi ki, orta fiziki hazırlığı olan istənilən insan nəhəng canlıdan asanlıqla qaça bilərdi.

Elm o qədər sürətlə inkişaf edir ki, “Mezazoy”un ikiayaqlı yırtıcıları haqqında adət etdiyimiz bütün təsəvvürlər alt-üst olur.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm