Dünyanın ən bahalı çantası AĞLAGƏLMƏZ QİYMƏTƏ SATILDI
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən bahalı çantası AĞLAGƏLMƏZ QİYMƏTƏ SATILDI

Aya ilk ayaq basan insan Amerikalı kosmonavt Nil Armstronqun çantası 1.8 milyon dollar satılıb.

Publika.az xəbər verir ki, çantanın bu qədər baha satılması səbəbsiz deyil. Çünki N.Armstronq həmin çantaya Ay üzərindən topladıqlarını yığıb.
Çanta 1969-cu ildə Honson muzeyindən itib. Uzun illər tapılmayıb.

Sonradan məlum olub ki, 2014-cü ilə qədər çanta Kanzasdakı bir muzeyin müdiri tərəfindən gizlədilib. Hətta qadın buna görə həbs edilmişdi. Bu çanta üç dəfə satışa çıxarılıb. Lakin hər dəfə saxta olduğu fikirlərinə görə satılmayıb. Onu sonuncu dəfə 2015-ci ildə 995 dollara bir vəkil alıb.

Nanci Le Karlson adlı vəkil çantanı NASA-ya verərək həqiqiliyinin təsdiq edilməsini istəyib. Testlər nəticəsində çantanın içində hələ də, Ay tozunun olduğu üçün NASA çantanı geri qaytarmayıb.

Uzun müzakirələrdən sonra çanta yenidən satışa çıxarılıb. 1.8 milyon dollar satılsa da, onu alanın adı açıqlanmır. Aydakı toz və daşları Yerə gətirən ilk çanta muzeydə satılan ən bahalı əşya statusunu aldı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm