Bədəninizdə olan bu dəyişim hansı xəstəliyin ƏLAMƏTİDİR?
Bizi izləyin

Maraq dünyası

Bədəninizdə olan bu dəyişim hansı xəstəliyin ƏLAMƏTİDİR?

Bədənimizdə baş verən hər bir dəyişiklik əslində xəstəliklərin xəbərçisi ola bilər.

Publika.az xarici mediaya istinadən mütəxəssislərin bədənimizdəki dəyişikliklərin hansı xəstəliklərin siqnalı ola biləcəyi ilə bağlı fikirlərini təqdim edir:

Gözün ağ hissəsindəki sarılıq

Bu əlamətlər sizdə varsa, qaraciyər və ödünüzdə hər hansı xəstəliyin olması deməkdir. Göz qapaqlıqlarındakı şişlik böyrəyinizin funksiyasının pozulmasına bir işarədir. Bəbəklərinizin eyni böyüklükdə olmaması beyin daxili qanama və beyin travmaları kimi ciddi nevroloji xəstəliklərdə müşahidə edilən əlamətlərdir. Göz bəbəyinizin balacalaşması isə kimyəvi toksinlər və dərmandan zəhərlənməyinizə işarədir.

Şişkinlik

Gözünüz şişir, dirnağınız saralırsa yada istəmədən çəki itirirsinizsə, bu əlamətləri də diqqətdən kənarda qoymamalısınız. Çünki bədəninizdəki bu siqnallar böyrək xəstəliklərindən ürək çatışmazlığına qədər bir çox xəstəliyin xəbərçisidir. Vaxt itirmədən mütəxəssisə müraciət etməlisiniz.

Dırnaq rəngi

Dırnaqlarınızın sarı və ya ağ görünməsi bədəninizdə bir çox xəstəliklərin xəbərçisi ola bilər. Sarı dırnaqları göbələk xəstəliyi, dırnaqlarda ağ ləkələri dəmir çatışmazlığı ilə əlaqələndirmək mümkündür. Dırnaqdakı qara ləkələr isə melanoma deyilən bir xərçəng növünün əlamətlərindəndir.

Dərinizdəki dəyişiklik

Dərinizdəki ağarma və quruluğa da diqqət etməlisiniz. Dəridə öz-özünə yaralanan qaraltılar xərçəng və bəzi qan xəstəliklərinin əlaməti ola bilər. Dərinin ağarması isə göbələk xəstəliyinin xəbərçisidir.

Dəridəki quruluq və qaşınmalar trioid vəzinin yaxşı işləməməsi və böyrək çatışmazlığının əlamətidir.

Xüsusən, ürək çatışmazlığı zamanı dəri solğun, bənövşəyi rəngdə ola bilər. Dərinin saralması isə gözdə olduğu kimi qaraciyər və öd yollarındakı tıxanıqlıqldan qaynaqlana bilər.

Çəkidə artım və azalma

İstəmədiyiniz halda çəki itirirsinizsə, tirioid hormone və qan şəkərinizi yoxlatdırmalısınız. Bir sıra xərçəng xəstəliklərində də arıqlama müşahidə edilir. Gecə tərləməsi, arıqlama, yüksək hərarət qan xərçənginin, qanazlığı ilə birlikdə sürətli arıqlama mədə-bağırsaq xərçənginin əlaməti ol bilər. Bel ağrıları ilə birlikdə müşahidə olunan arıqlama ağciyər xərçənginin əlamətidir.

Ürək ağrıları, qaraciyər serrozunda isə çəki artımı müşahidə edilə bilər.
Əlbəttə, bu əlamətlər mütləq sadalanan xəstəlikləriniz olması demək deyil. Hər bir xəstəliyin diaqnozunu professional mütəxəssis müəyyən etməlidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm