Orta əsrlərdə yaşayan gəncin həyatından son görüntülər - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Orta əsrlərdə yaşayan gəncin həyatından son görüntülər - FOTOLAR

Rusiyanın Moskva şəhərindən 70 km məsafədə yerləşən Sergiyev meşəsində yaşayan bir gəncin hekəyəsini eşidən hər kəs təəccüb içində qalıb.

Publika.az xəbər verir ki, 24 yaşlı Pavel Sapojnikov orta əsrlərdə olduğu kimi yaşamağa qərar verib.

Moskva universitetində təhsil alan Pavel birdən-birə standart həyatını tərk edib və sivilizasiyadan uzaqlaşıb.

Onun bu həyat tərzini seçməsinə səbəb isə ulu babalarının həyat şərtlərinə duyduğu maraq olub.

Modern həyatdan və texnologiyadan imtina edən gənc sahib olduğu hər şeyi ana təbiətdən aldığını deyib. Artıq 8 aydır ki, sivilizasiyadan imtina edən Pavelin sadəcə odunu və suyu var. Ərzaq təminatını isə bəslədiyi keçi və toyuqlar sayəsində qarşılayır.

Pavelin yaşadığı yerdə havanın temperaturu -30 dərəcəyə qədər düşür. Bu cür çətin şəraitdə yaşayan gəncin həyatı ilə maraqlanan fotoqraflar onu ziyarət edib və keçirdiyi bir günü lentə alıb.

Həmin fotoları təqdim edirik.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm