Qəsəbənin bələdiyyə sədri olan pişik vəfat etdi - 20 yaşı vardı
Bizi izləyin

Maraq dünyası

Qəsəbənin bələdiyyə sədri olan pişik vəfat etdi - 20 yaşı vardı

ABŞ-ın Alyaska əyalətində yerləşən Talkitna qəsəbinin 20 yaşlı bələdiyyə "sədri" vəfat edib.

Publika.az xəbər verir ki, bu qəsəbənin bələdiyyə "sədri" digər qəsəbələrdən fərqli olaraq, 20 yaşlı Stabs adlı pişik olub.

1998-ci ildə qəsəbə sakinləri bələdiyyə sədrliyinə namizəd tapa bilmədikləri üçün Stabsı namizəd göstərib və fəxri bələdiyyə sədri olaraq qəbul ediblər.

Pişiyin sahibi olan Spun ailəsi onun ölümü ilə bağlı açıqlama verib:

“Stabs 20 il 3 ay yaşadı. Gün ərzində onunla birlikdə yemək və yatmaq üçün mırıldayırdı. Son 31 ayda bizimlə olduğu üçün ona təşəkkür edirik.”

Ailə pişiyin ölümünün səbəbini bilmədiklərini, gecə yatdığını və bir daha oyanmadığını deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm