Eynək zədələnərsə... - Pulunuzu cibinizdə saxlayacaq 6 ÜSUL
Bizi izləyin

Maraq dünyası

Eynək zədələnərsə... - Pulunuzu cibinizdə saxlayacaq 6 ÜSUL

Eynək ən qiymətli aksesuarlarımız sırasındadır. Bu dəyərli əşyaya dəyən ziyan büdcəmizə də təsir edir. Bəzən, heç gözləmədiyimiz anda eynəyimiz yerə düşüb, şüşəsi zədələnə bilər.

Publika.az eynək şüşəsində yaranan xırda çatları yox etməyin üsullarını təqdim edir.

1. Soda və su

Öncə, eynəyin şüşəsini təmiz parça ilə silin. Sonra, 1 çay qaşığı su ilə 1 xörək qaşığı sodanı qarşdırıb, eynəyin şüşəsini silin. Daha sonra isə su ilə yuyun.

2. Uşaq şampunu

Uşaq şampununu tənzifin üzərinə töküb, eynəyin şüşələrini silin. Bu yolla eynəyinizin şüşələri uzun müddət təmiz qalacaq.

3. Ağ sirkə

Bu vasitə nəinki eynəyin, eləcə də, bütün evin təmizlənməsi üçün əvəzsizdir. Bir çay qaşığı sirkə ilə eyni miqdarda sodanı qarışdırıb, eynəyinizin şüşələrini həm çatlardan həm də ləkələrdən təmizləyin.

4. Qabyuyan vasitə ilə şüşəsilən məhlulun qarışımı

Qabyuyan vasitə ilə şüşəsilən məhlulu qarışdırıb, eynəyin şüşələrini yaxşıca silin. Sonra isə yumşaq materialla təmizləyin.

5. Spirt
Spirt də, şüşələrə parlaqlıq verib, ləkələrdən təmizləmək üçün əla vasitədir. Sadəcə yumşaq parçanı spirtə batırıb, eynəyin şüşələrini silmək kifayətdir.

6. Diş məcunu
Əvəzsiz üsullardan biri də, diş məcunudur. Bir miqdar diş məcununu pambığa sürtüb, eynəyin şüşələrini təmizləyin. Sonra isə ehtiyatla yuyub, qurulayın.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm