70 min çılpaq gözəlçə və özünə arvad seçən kral - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

70 min çılpaq gözəlçə və özünə arvad seçən kral - FOTOLAR

Svazilend Car və Mozambikin arasında yerləşən balaca ölkədir. Bu ölkədə hər il məhsul yığımından sonra gənc qızlar paytaxtın mərkəzi meydanına toplaşıb, kraliça olmaq üçün şanslarını sınayırlar.

Kraliça seçimlərində əsas şərt bakirəlikdir. Dövlət qanunları bu şərtə sərt əməl edir. 1946-cı ildə qəbul edilmiş qanuna görə, bakirəlik ya ailə quranadək, ya da 21 yaşa qədər qorunmalıdır. Qaydanı pozan gənc xanımlar cərimələnərək ya 152 dollar vergi ödəməli, ya da dövlətə 1 inək verməlidir.

Svazilend 1968-ci ilədək Böyük Britaniyanın əsarəti altında olub. Müstəqillik qazandıqdan sonra isə parlament quruluşu devrilərək, monarxiya idarə sistemi ilə əvəz olunub. Bu hal isə təbii ki, ölkə əhalisinin güzəranına mənfi təsir göstərib.

Kral III Msvati 1986-cı ildən bu günədək ölkəni idarə edir və hər il özünə yeni xanım seçmək üçün sözügedən meydana gəlir. Kral istədiyi qədər qadınla ailə qura bilər, yetər ki, ilk iki xanımının seçimini krallığın məsləhət şurasına etibar etsin. Hər yeni arvadı üçün kral 13 inək ödəyir. Bu isə onun üçün cüzi məbləğdir.

“Forbes” jurnalının araşdırmasına görə, III Msvati dünyanın ən varlı monarxlarından biridir. Onun sərvəti 100 milyon dollardan çoxdur. Hazırda kralın 14 arvadı var, amma o, bununla kifayətlənməyi düşünmür. O, hər il “təmizlik müsabiqəsinə qatılıb, öz yeni xanımını seçir.

Niyə məhz təmizlik?

İş ondadır ki, bütün müsabiqə iştrakçıları 7 gün öncədən başlayaraq, xüsusi qidalarla bəslənməyə başlayırlar. Öncə, müsabiqə üçün seçilmiş bakirə qızları yük maşınlarında xüsusi düşərgəyə aparırlar. Bu düşərgə kral sarayına çox yaxın məsafədə yerləşir. Bundan sonra qamışdan xüsusi hasar tikilir. Bayram günü isə həmin hasar sökülür. Kralın gələcək arvadını necə seçməsi isə sirr kimi qorunur.

Kral III Msvatinin bütün xanımları gözəl hesab olunur. Çünki monarx onların hamısının seçiminə böyük sevgi və məsuliyyətlə yanaşır.

Leyla Saabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm