Kralın doğum gününə 1066 tısbağa hədiyyə edildi
Bizi izləyin

Maraq dünyası

Kralın doğum gününə 1066 tısbağa hədiyyə edildi

Taylandın yeni kralı Maha Vajiralonqkorun bu həftə qeyd ediləcək doğum günü şərəfinə yüzlərlə taylandlı dənizə tısbağa buraxıb.

Publika.az xəbər verir ki, vətəndaşlar bu ənənəni yerinə yetirmək üçün paytaxt Banqkok yaxınlığında yerləşən Çonburidəki “Dəniz Tısbağalarını Qoruma Mərkəzi”ndə bir araya gəlib.

Kraliyyət Dəniz Piyadaları, tələbələr və məşhur simaların da iştirak etdiyi tədbirdə “kralımız, çox yaşa” yazıları olan bayraqlar dalğalanıb.

Taylandlı aktrisa və heyvan haqları müdafiəçisi Aticanan Srisevok tədbir haqqında öz ürək sözlərini deyib:

“Bu olayın əsl mahiyyəti uzun ömürlülüyü təmsil edən tısbağaların azad edilməsidir”.

Qeyd edək ki, 1066 sayındakı 10 sayı kralın onuncu olmasını, 66 sayı isə kralın hazırkı yaşından bir ədəd çox-yəni kralın uzunömürlü olmasını simvolizə edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm