Corabınızın tayı itibsə, atmayın - GÖRÜN NƏ İŞƏ YARAYIRMIŞ
Bizi izləyin

Maraq dünyası

Corabınızın tayı itibsə, atmayın - GÖRÜN NƏ İŞƏ YARAYIRMIŞ

Təmiz və səliqəli ev ilk növbədə xoş əhval ruhiyyə və rahatlıq deməkdir.

Publika.az evi daim təmiz saxlamağın ən asan və sərfəli qaydalarını təqdim edir.

Mikrodalğalı soba

Kir və yağ ləkəsi hopmuş mikordalğalı sobanın içərisinə bir neçə damcı qabyuyan vasitə ilə nəmləndirilib, köpükləndirilmiş süngər qoyun. Sobanı minimal dərəcəyə qoyub, süngəri 30 saniyə içərisində saxlayın. Sonra sobanın qapağını açıb, elə həmin süngərlə içini təmizləyin. Bu vasitə nəinki mikrodalğalı sobanızı təmizləyəcək, həm də xoşagəlməz qoxusunu aradan qaldıracaq.

Matras və divan

Zaman keçdikcə döşəyiniz köhnəlib, ləkələnə bilər. Ona əvvəlki təmizliyini və təravətini qaytarmaq elə də çətin deyil. Sadəcə üzərinə soda səpib, 1 neçə saat saxlayın. Sonra tozsoranlayın. Bununla da tərtəmiz olacaq. Eyni üsul divanlarınız üçün də keçərlidir.

Mətbəx taxtası

Duz və limon ərzaq doğradığınız taxtanın səthini tərtəmiz edə bilər. Limonu düzlayıb, taxtanın üzərinə sürtdükdən sonra su ilə yaxalamağı unutmayın.

Mətbəx və hamam kranı

Kranı perqament kağızla silsəniz, üzərindəki su ləkələri uzun müddət qalmayacaq.

Ütü

Ütü masasının üzərinə kağız sərib, duz səpin. Ütünün içərisindəki suyu tamam boşaldın, qəti şəkildə buxar düyməsinə toxunmayın. Ütünü maksimal istilikdə qızdırıb, duzun üzərinə sürtün. Bu üsulla ütünüz təmizlənəcək.

Gümüş əşyalar

Gümüş çəngəl-qaşıqları saxladığınız qutunun içinə tənzifə bürünmüş 1 parça təbaşir atın. Bu üsul əşyalarınızı tündləşməkdən və ləkələrdən qoruyacaq.

Paltar ləkəsi

Paltarlarınıza yağ ləkəsi düşübsə, üzərinə tez zamanda təbaşir sürtün. Təbaşır bütün yağ ləkəsini özünə hopduracaq.

Jalüzi

Corabınızın bir tayı itibsə, atmağa tələsməyin. Əlinizə geyinib, jalüzləri təmizləyin.

Pəncərələr

Pəncərələri silib, təmizlədikdən sonra, qəzet parçası ilə sürtün.

Çuqun tava və qazan

Çuqun qabları duzun köməyi ilə təmizləyin. Duz yağı özünə hopdurur və yanıb qalmış yemək ləkələrini təmizləyir.

Mətbəx çanağının gözü

Tez-tez qab yuyanda mətbəx çanağının gözü kirlənir. Bunun üçün köhnə diş fırçası ilə sodanı yaxşıca sürtün. Sonra üzərinə limon dilimləri qoyub, su axıdın.

Evinizə gözəl ətir bəxş edin

Bunun üçün bir fincana 1 ç/q vanil ekstraktı töküb, ilıq sobaya qoyun. Tezliklə zərif vanill ətiri bütün evi bürüyəcək, və xoşagəlməz qoxular itəcək.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm