Qorxu anında insanlar bir-birlərini niyə tuturlar? - ALİMLƏRİN RƏYİ
Bizi izləyin

Maraq dünyası

Qorxu anında insanlar bir-birlərini niyə tuturlar? - ALİMLƏRİN RƏYİ

Bəlli olduğu kimi təhlükəli vəziyyətlərdə yaranan qorxu anında insanlar özlərindən asılı olmayaraq bir-birlərinə tutunmağa çalışırlar.

Publika.az xəbər verir ki, İsveçrənin Nevşatel və Fransanın PSL Universitetlərinin tədqiqatçıları bu vəziyyətin psixoloji səbəblərini araşdırıblar. Bunun üçün alimlər qorxu yaradan məşhur attraksionların birinin ziyarətçilərinin attraksionda olduqları zaman şəkillərini araşdırıblar. Ümumilikdə 460 foto üzərində aparılan tədqiqatlarda ən çox diqqət çəkən bir və ya bir neçə ziyarətçinin qorxu anında bir-birilərinə tutunduqlarını əks etdirən şəkillər olub. Fotoların 75 faizində bu hala rast gəlinib ki, onların da əsasını qadın və uşaqlar təşkil edib.

Araşdırmaların nəticəsi olaraq alimlər bu qənaətə gəliblər ki, qorxu anında ən yaxınındakı insanı tutmağa can atmaq onu qorumaq məqsədilə deyil, özünümüdafiə instinktindən irəli gəlir. Təhlükə anında düşünülmədən, ani baş verən bu hərəkət qorxu və xəsarət alma ehtimalı hissinin azalmasına kömək edir.

Alimlərin fikrincə bu hiss hər an həyatla vidalaşma riskinin yüksək olduğu zamanlardan qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm