Dünyanın ilk mavi şərabı istehsal edildi
Bizi izləyin

Maraq dünyası

Dünyanın ilk mavi şərabı istehsal edildi

İspaniyada fəaliyyət göstərən şirkətlərdən biri istehsal etdiyi yeni şərab növü ilə klassik şərab sektorunu alt-üst edib.

Publika.az xəbər verir ki, şirkətin “Gik Blue” adı ilə qırmızı və ağ üzüm qarışığına təbii boya və ədviyyatlar qataraq istehsal etdiyi mavi rəngli şəraba kimi sevincdən qədəhini, kimi isə təəccübdən qaşlarını qaldırır.

Mavi şərabın fikir atalarından biri olan Arits Lopez “Gik”in əyləncə məqsədilə, bəzi şablonları alt-üst etmək üçün istehsal edildiyini deyib:

“Yenilik gətirib kiçik bir inqilab başlatmaq istədik. Şərab sənayesi bu məqsəd üçün ən ideal sektor idi”.

O, çevrəsində təcrübəli şərabçılar olmadığı üçün Bask Universitetindən kömək istəyib. Buradakı kimyaçılar layihə üzərində 2 il işləyib və təbiətlə texnologiyanı birləşdirərək mavi şərab ərsəyə gətiriblər.

Bu şərabın hazırlanmasında qırmızı və ağ üzümlərin fərqli çeşidlərindən istifadə edilir. Mavi rəngi əldə etmək üçün təbii piqmentlər qatılır. Bunlardan biri qırmızı üzümün qabığındakı antosiyanin, digəri isə qırmızı-mavi rəngdə qida boyası olan indiqotindir.

İspaniyada müştərilərinə mavi şərab təklif edən restoranlardan biri müştərilərin bu şəraba fərqli reaksiyalar verdiyini bildirib. Restoran rəhbəri müştərilərin mavi şərabın mövcudluğuna inanmadığını, bir dəfə dadına baxdıqdan sonra isə çox sevdiklərini qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm