Ölkədə çılpaq çimərliklərin sayı durmadan artır
Bizi izləyin

Maraq dünyası

Ölkədə çılpaq çimərliklərin sayı durmadan artır

Fransa sahillərində çılpaq çimən insanların sayı günbəgün artmaqda davam edir.

Publika.az leparisien.fr saytına istinadən bildirir ki, Proturisme şirkətinin 2015-ci ildən bugünədək apardığı araşdırmalara görə hər il 2,6 milyon fransız “naturizm”i təbliğ edərək ölkə çimərliklərində geyimsiz çimirlər.

Hazırda bu say durmadan artır. Artıq ailələr üçün nəzərdə tutulmuş naturist çimərliklərin sayı 8-i keçib. Çimərliklərin idarəçiləri bildirirlər ki, bura gələnlər arasında fransızlar və xarici turistlər çoxluq təşkil edirlər. Çimərliklərdəki qayğısız insanlar bir-birilə mehribancasına görüşür, ünsiyyətdə olurlar. Heç kim qeyri-adı baxışlarla ətrafındakıları süzmür.

Fransa hakimiyyəti “naturist” çimərliklərin sayını artırmaq niyyətindədir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm