Maraq dünyası
102 yaşlı ən qoca paraşütçü - VİDEO
Bəziləri üçün yüzillik ildönümü meydan oxumağa səbəbdir:
illər aktiv həyat tərzi üçün maneə deyil. Bu yaxınlarda əsri
dəyişən amerikalı paraşütçülük üzrə yeni rekorda imza
atdı.
Publika.az ens.az-a istinadən bildirir ki, 2017-ci
ilin iyun ayına qədər ən yaşlı paraşütçü britaniyalı Verdan Hays
(Verdun Hayes) idi. O həmişə hər hansı ekstremal idman növü ilə
məşğul olmaq istəyirdi, lakin həyat yoldaşı buna qarşı idi.
Boşanandan sonra 101 yaşlı Hays fikirləşdiyini reallaşdıra bildi:
2016-cı ildə o 4500 metr hündürlükdən paraşütlə tullandı.
Paraşütü həyatında ilk dəfə geyinərək o “yaşlı tullanma” üzrə rekorda imza atdı. Daha əvvəl ilk yeri 101 yaşlı kanadalı Arman Jandro (Armand Gendreau) tuturdu, o 2013-cü ildə 3km-dən yuxarı hündürlükdən tullanmışdı.
Bütün bunlar amerikalı Kennet Meyeri (Kenneth Meyer) ilhamlandırdı. 2017-ci il 27 iyul tarixində o paraşütlə tullandı. Hündürlük 2013-cü ildə olduğu kimi 3km idi, lakin bu zaman Meyerin 102 yaşı var idi. Cənab Meyerin qohunları artıq Ginnesin Rekordlar Kitabına sorğu göndərib.
-
Magazin120:59
Dilarənin səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”