Mark Zukerberq Feysbuku tərk edir
Bizi izləyin

Maraq dünyası

Mark Zukerberq Feysbuku tərk edir

Feysbuk proqramının sahibi və baş idarəçisi Mark Zukerberq işinə iki aylıq fasilə verəcək.

Publika.az xəbər verir ki, o, ikinci qızının dünyaya gəlməsi səbəbilə atalıq məzuniyyətinə çıxacaq.

Zukerberq açıqlamasında uşaqlara baxmaq üçün 2 aylıq məzuniyyət götürməyi planladığını deyib:

“Araşdırmalar uşaq dünyaya gələn zaman valideynlərin məzuniyyətə çıxmasını həm uşaq, həm də ümumi ailə üçün müsbət nəticələr verdiyini təsdiq edib. Buna görə də atalıq məzuniyyəti haqqımdan istifadə edərək ailəmlə səmərəli zaman keçirməyi planlaşdırıram”.

Feysbukun qurucusu vəzifəsində olmadığı müddətdə onu kimin əvəzləyəcəyini isə hələ ki, açıqlamayıb.

Qeyd edək ki, Feysbuk şirkəti işçilərinə 4 aylıq məzuniyyət haqqı ilə yanaşı, bu zaman ərzində onlara müəyyən məbləğdə vəsait də verir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm