İsveçrənin ən kiçik və ən şirin kəndi - Bütün evlər otel olacaq - - VİDEO
Bizi izləyin

Maraq dünyası

İsveçrənin ən kiçik və ən şirin kəndi - Bütün evlər otel olacaq - - VİDEO

Kənddə hazırda 16 nəfər yaşayır.

İsveçrənin ən kiçik kəndi Korippo adını daşıyır.

Publika.az xəbər verir ki, əvvəllər 300 nəfərin məskunlaşdığı kənddə hazırda sadəcə 16 nəfər vətəndaş yaşayır. Bənzərsiz gözəlliyi olan evləri və təbiət mənzərəsi buranı dünyanın ən nadir və antik bölgəsi edir.

Kənddə yaşayan insanlardan 4-ü idarə işlərində çalışır, 8-i isə təqaüdə çıxıb. Təsərrüfatda sadəcə 1 nəfər işləyir.

Kəndin yerli idarəsini həyata keçirən sakin 1822-ci ildən bəri orijinallığını qoruyan kəndin ömrünü uzatmaq üçün bir planını həyata keçirməyə çalışır. Belə ki, kənddəki boş evlərin hamısı bundan sonra otel kimi istifadəyə veriləcək. Mərkəzdə yerləşən bar isə qeydiyyat məntəqəsi olacaq.

Kəndin otel kimi istifadəyə verilməsi üçün bir neçə çətin mərhələni adlamaq lazımdır. Buraya daş evlərin quruluşuna heç bir zərər verilmədən təmir edilməsi, qapı və pəncərələrin isə yenidən boyanması daxildir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm